Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məmmədyarov-Çavuşoğlu ilə telefonla danışdı

Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı
Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.
Yenixeber.org: XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Elmar Məmmədyarov həmkarına Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribatının qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib.

Bölgədəki artan gərginliyin bütün məsuliyyətinin Ermənistan üzərində olduğunu qeyd edən E. Məmmədyarov məsələnin kökündə Ermənistanın təcavüzkar siyasəti və bu siyasətin nəticələrinin aradan qaldırılmaması durduğunu vurğulayıb. O, Türkiyənin ədalətli mövqeyinə və Ermənistanın son təxribatını pisləyən bəyanatına görə təşəkkür ifadə edib.

Nazir Mövlud Çavuşoğlu Azərbaycanın mövqeyinin ədalətli olduğunu, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT TŞ-nin qətnamələrinə əsaslandığını qeyd edib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam