Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"HƏR KƏS HAQLININ YANINDA OLMALIDIR" -“Ermənistanın hərəkəti hərbi cinayətdir"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş baş tutub. 

Yenixeber.org: Görüşdən sonra tərəflər birgə mətbuat konfransında iştirak ediblər.

Mətbuata açıqlama verən M.Çavuşoğlu Dağlıq Qarabağ problemini də qaldırıb: “Ermənistanın mülki əhaliyə hücumu yeni deyil. Xocalıda insanları uşaq, qadın demədən necə qətl etdiyini görübsünüz. İndi təmas xəttində həm hərbçilərə, həm də dinc insanlara hücum edib, bir çox mülki vətəndaş həlak olub. Çarəsiz qalan Ermənistan dinc əhalini hədəf alaraq raket göndərməyə başlayıb, bu əslində hərbi cinayətdir. Azərbaycan isə öz torpaqlarını geri almaq üçün mübarizə aparır. 

Bütün beynəlxalq təşkilatlar və ölkələr ya çox balanslaşdırılmış olmağa çalışır ya da Ermənistanı dəstəkləyən açıqlamalar verir. Bu problemi çözmək üçün qurulan Minsk qrupundan Fransa açıq şəkildə Ermənistana dəstək verir. Həm Türkiyə, həm də Qərb ölkələri olaraq buranın ərazi bütövlüyünü dəstəkləyirik. Hər kəsin Ermənistanı bu əraziləri tərk etməsi çağırışı etməsi lazımdır. Bu, 30 ildir davam edir. Ermənistan bu işğalın dadını çıxarır. Kimdən cəsarət alırsa, Azərbaycana hücum edir. Hər kəs haqlının yanında olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam