Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Abramoviç yəhudi köçünü maliyyələşdirir -Fələstin torpaqlarının işğalına 100 milyon ayırıb

Rusiyalı milyarder, Ingiltərənin «Çelsi» futbol klubunun sahibi Roman Abramoviç yəhudilərin Fələstin torpaqlarına köçü üçün 74 milyon fun-sterlinq (100 milyon dollara yaxın) ianə ayırıb.

Yenixeber.org: Sözügedən yəhudi "köçkünləri" fələstinliləri İsrailin işğalında olan Şərqi Qüdsdən sıxışdırıb çıxarırlar. Bu barədə «Bi-Bi-Si» telekaalının ərəb redaksiyasının araşdırmasında xəbər verilir. Xəbəri sentyabrın 23-də «Əl-Cəzirə» telekanalı yayıb.

Abramoviç Rusiya vətəndaşıdır. 2018-ci ildə İsrail vətəndaşlığı alıb və yəhudi dövləti üçün səxavətli ianələr edib.

Ortaya çıxmış sənədlərə görə, milyarder xüsusilə Şərqi Qüdsdə yəhudi məskənlərinin genişləndirilməsinə vəsait ayırıb. Araşdırmada deyilir ki, orada yerli yəhudi əhalinin maraqlarını «Elad» ictmai təşkilatı qoruyur.

«BBC Arabic»-in mənbələrinin sözlərinə görə, Abramoviç İsrail vətəndaş cəmiyyətinin sadiq və səxavətli tərəfdarı olub. Son 20 ildə o, İsraildə və bütün dünyada yəhudi icması üçün səhiyyətin, elmin, təhsilin inkişafına 500 milyon dollardan artıq ianə edib.

Bəs, ərəblər nə edir? Suala cavab vermək üçün diqqəti son dövrün bəzi ilginc olaylarına yönəltmək istəyirəm.

Hamıya məlumdur ki, uzun müddətdir Türkiyə Fələstin xalqının maraqlarının müdaiəsi istiqamətində qətiyyətli və davamlı addımlar atır. Misal olaraq, bir neçə il bundan əvəl Davos forumu çərçivəsindəki görüşlərin birində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail prezidentinin üznə «əliniz Fələstin xalqının qanına bulaşıb, sizin danışmaq haqqınız yoxdur» dediyini xatırlayın…

Bu günlərdə BMT-nin 75 illiyi münasibətilə BMİ Baş Assambleyanın sessiyasında çıxışı zamanı Ərdoğan yenə Fələstin problemini qaldırdı və Təhlükəsizlik Şurasında bir dənə də İslam ölkəsinin olmadığını uca səslə dünyaya bəyan etdi.

Diqqət edin, rəsmi Ankara dünyada müsəlmanların haqqını müdafiə etdiyi bir vaxtda, ərəblər (BƏƏ, Misir…)Fansa və İsrail kimi dövlətlərlə birləşib, Türkiyəyə qarşı vahid cəbhə yaradıblar... Bu da həmin ölkələrin rəhbərlərinin xəyanətindən xəbər verir!

(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam