Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Abramoviç Yeni ili Karibdə, milyonerlər adasında qarşılayıb, amma qanı qara imiş…-Qşzş isə Maldivdə dincəlir+Foto

 

Rusiyalı oliqarx, İngiltərənin “Çelsi” futbol klubunun sahibi, 52 yaşlı Roman Abramoviç Yeni ili Karib dənizindəki Sen-Bartelemi adasında qarşılayıb.

Yenixeber.org: Bir gün öncə turistlər sahibkarın təmtəraqlı “Eclipse” yaxtasını həmin adanın sahilində görüblər. Bundan az sonra britaniyalı paparazzilər Abramoviçin özünü yaxın adamlarının və britaniyalı məşhurların arasında tapıblar. Qeyd edək ki, Sen-Bartelemi adası Fransanın ərazisi hesab olunur və Qvadepuladan 200 kilometr şimalda yerləşir.

Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 1,2 milyard dollarlıq “Eclipse” yaxtası oliqarxın çoxsaylı qonaqlarını dekabrın 29-da qəbul edib. Dəvətlilərin arasında əfsanəvi musiqiçi, 76 yaşlı Pol Makkartni, onun həyat yoldaşı və qızı, Çin mənşəli amerikalı sahibkar, “News Corporation”ın icraçı direktoru, 50 yaşlı xanım Bvendi Denq də olub.

Mənbə qeyd edir ki, Sen-Barteleminin gözəl iqliminə və məşhur dostlarının əhatəsində olmasına baxmayaraq, Roman Abramoviç xeyli qəmgin görünürmüş. Ola bilsin ki, onun kefinə Britaniya hökumətinin qara siyahısına düşməsi və bu ölkəyə bir də investisiya vizası ala bilməyəcəyi soğan doğrayıb. Bu yaxınlarda sahibkar İsrail vətəndaşlığı alıb və bu imkan verir ki, Abramoviç heç bir əlavə sənəd tələb olunmadan Britaniya ərazisinə daxil olsun. Lakin İsrail vətəndaşlığı ona Böyük Britaniyada işləmək hüququ vermir. Hazırda milyarderin hüquqşünasları vəziyyətdən çıxış yolu axtarırlar.

Roman Abramovişin 23 yaşlı qızı Sofiya isə bu günlərdə Maldiv adalarında istirahətə üstünlük verib. O, “İnstagram” sosial şəbəkəsindəki 10 minə yaxın abunəçisini çimərlik geyimində çəkdirdiyi yeni fotoşəkillərlə sevindirib. Lakin Sofiyanın da kefi yoxdur. Dizə qədər suda olduğu fotonun şərhində o yazıb: “Dəniz mənim gələcəyimdən daha aydındır”.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam