Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

SENATIN KƏŞFİYYAT KOMİTƏSİNDƏN TRAMPA QƏFİL ZƏRBƏ–Putinlə görüş öncəsi "Rusiya işi" haqda hesabat açıqlandı



Rusiyanın 2016-cı ABŞ prezident seçkisinə müdaxiləsi iddialarını araşdıran aparıcı Senat komitəsi ölkənin kəşfiyyat agentliklərinin qiymətləndirməsini qəbul edərək bildirib ki, Rusiyanın təbliğat səyləri əvvəllər məlumat verildiyindən daha böyük olub.

Yenixeber.org: Azadlıq Radiosu xəbər verir ki, Senatın Kəşfiyyat Komitəsinin iyulun 3-də açıqladığı hesabat komitənin həm respublikaçı, həm də demokrat üzvləri tərəfindən qəbul edilib.

Bu, gələn həftə Rusiya lideri Vladimir Putinlə görüşə hazırlaşan prezident Donald Tramp üçün xoşagəlməz hadisə olub.

Tramp bundan əvvəl dəfələrlə ABŞ kəşfiyyatının 2017-ci ilin yanvarında açıqlanmış hesabatını şübhə altına alıb.

Həmin hesabatda deyilirdi ki, Rusiya prezidenti Vladimir Putin ABŞ seçicilərini təsirləndirmək məqsədilə aparılan hakerlik və təbliğat kampaniyasına şəxsən göstəriş verib.

MKİ, FTB və Milli Təhlükəsizlik Agentliyinin birgə hesabatında Kremlin Trampa və ya onun demokrat rəqibi Hillari Klintona aşkar üstünlük verməsi barədə iddia irəli sürülmür. Lakin ABŞ rəsmiləri sonradan bildiriblər ki, Moskva əslində Trampa dəstək verməyə çalışıb.

Senat komitəsinin hesabatında bildirilir ki, Rusiya təbliğatı Klintonu gözdən salmağa yönəlibmiş.

Rusiya ABŞ-ın iddialarını dəfələrlə və qətiyyətlə rədd edib.

Komitənin hesabatında qeyd olunur ki, 2017-ci ilin kəşfiyyat hesabatında Sankt-Peterburqda yerləşən İnternet Araşdrımaları Mərkəzinin sosial mediada saxta profillər yaratması və onlardan istifadə ilə ABŞ-da çaşqınlıq və təfriqə salmaq cəhdləri etdiyi göstərilib. Lakin hesabatda deyilir ki, Rusiyanın sosial median manipulyasiya etmək cəhdləri əvvəllər düşünüldüyündən daha geniş olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam