Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ-ın Azərbaycandakı səfiri Qarabağın azərbaycanlı icmasının rəhbəri görüşdü –Nələr müzakirə olunub?

 

 

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüş keçirilib. 

Yenixeber.org: Bu barədə İcmadan saytımıza verilən məlumata görə, görüş zamanı Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması haqqında ABŞ səfirinə ətraflı məlumat verib.

Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduqlarını, bundan ötrü Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması, pozulmuş təbii hüquq və azadlıqlarmızın, mülkiyyət hüquqlarımızın bərpa olunması istiqamətində icma üzvlərinin əsas istək və tələblərini səfirin diqqətinə çatdırıb.

Tural Gəncəliyev həmçinin ölkəmizdə keçiriləcək növbədənkənar Parlament seçkiləri ilə əlaqədar 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürdüyünü, həmin dairədən olan digər namizədlərlə birlikdə Azərbaycanın seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq bərabər və ədalətli seçki kampaniyası apardıqlarını diqqətə çatdırıb.

Səfir Li Litzenberger Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini və görüşdən məmnun qaldığını xüsusilə qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam