Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əli Hüseynli: -“Cinayət yolu ilə əldə olunan vəsaitlər müsadirə olunmalıdır"

Əli Hüseynli: “Cinayət yolu ilə əldə olunan vəsaitlər müsadirə olunmalıdır

“Hazırda ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır”.

Yenixeber.org: Bunu açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin iki istiqamətdə aparıldığını qeyd edən komitə sədri bildirib:

“Bunlardan birinci preventiv üsullar, yəni, qabaqlayıcı tədbirlər, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının təmin olunması və digər mexanizmlərdir. İkinci istiqamət isə cinayət təqibidir. Son illər ölkəmizdə idarəetmə sahəsində şəffaflığı təmin etmək üçün bir sıra struktur islahatları həyata keçirilib”.

Əli Hüseynli vurğulayıb ki, əgər ictimaiyyəti narahat edən, cəmiyyətə ciddi zərər vuran cinayət hadisələri mövcuddursa, təbii ki, cinayət təqibi həyata keçirilməlidir.

“Cinayət yolu ilə əldə olunan vəsaitlər, maddi nemətlər qanunvericiliyə əsasən müsadirə olunmalıdır. Cəmiyyət, vətəndaşlar dövlətimizin başçısının bu istiqamətdə siyasətini dəstəkləyir”, - deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam