Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ədliyyə naziri Əli Hüseynli ilə niyə yola getmir? -KOMİTƏ SƏDRİ NAZİRİN QƏZƏBİNƏ TUŞ GƏLİB

Ədliyyə naziri Əli Hüseynli ilə niyə yola getmir?
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə Ədliyyə Nazirliyi rəhbərliyi arasında gərginlik yaranıb.

Yenixeber.org: Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bu gərginliyin nəticəsi olaraq Əli Hüseynli məhz Məhkəmə-Hüquq Şurasının üzlüyündən xaric edilmişdi.

Qeyd edək ki, onu bu qurumda Milli Məclisin birinci-vitse-spikeri Ziyafət Əsgərov əvəz edib.

Məlumatda o da qeyd olunur ki, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən Əli Hüseynli nazirliyin tədbirlərinə də dəvət almır.

Məlumatda qeyd olunur ki, nazir Fikrət Məmmədovla münasibətləri olduqca gərginləşdiyindən Əli Hüseynli əvvəlki dövrdə olduğu kimi daha ayrı-ayrı məhkəmə orqanlarına xahiş və tapşırıqlar verə bilmir.

O da bildirilir ki, komitə sədrinin rayonların brirində məhkəmə sədri olan bacanağı da yaxın zamanlarda “vurulacaq”.

Məsələ ilə bağlı komitə sədrinin özünün mövqeyini öyrənməyə çalışsaq da telefon zənglərimiz cavabsız qaldı.(Gununsesi.org)

Mövzuya qayıdacağıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam