Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qüdrət Şükürovun əmlakı müsadirə oluna bilər

 Qüdrət Şükürovun əmlakı müsadirə oluna bilər

Xəbər verdiyimiz kimi, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi açılıb
Yenixeber.org:   Onun sözlərinə görə, Qüdrət Şükürov barəsində Cinayət Məcəlləsinin 193-1 maddəsi ilə cinayət işi başlanıb.

Keçmiş idarə rəisi cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakı leqallaşdırma cinayətlərində ittiham edilir.

Mövcud qanunvericiliyə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, yəni cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinə və ya digər əmlaka qanuni status vermək, onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitləri və ya əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarını və ya digər əqdləri həyata keçirmə - 2 min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd eək ki, hazırda “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir. Həmin qurumla bağlı istintaq hərəkətləri aparılır. Fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam