Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dövlətlər virusa qarşı: Azərbaycanın təcrübəsi nəyi göstərdi –TƏHLİL

 Koronavirus təhlükəsinin yaratdığı qlobal böhran qarşısında bir sıra inkişaf etmiş Qərb dövlətləri aciz qalıb və bunu etiraf etməkdan çəkinmirlər. Epidemiya hər bir dövlətin idarəetmə sisteminin effektivliyi və iqtisadi dayanıqlılığını sınağa çəkməklə yanaşı, cəmiyyətdəki həmrəylik və birliyin, sosial məsuliyyət və dəyərlələrə bağlılığın əhəmiyyətini ortaya çıxarır.
Yenixeber.org: Prezident İlham Əliyevin Azərbaycan televiziyasına son müsahibəsində hər şeydən əvvəl cəmiyyətdəki həmrəylik, milli adət-ənənə və dəyərlərə bağlılığı koronavirus təhlükəsi ilə mübarizədə mühüm faktor kimi qabartması bu baxımdan xüsusilə diqqət çəkdi. Milli həmrəylik, məsuliyyət, milli birliyimizin bizə bu xəstəliyə qalib gəlməyə imkan verəcəyini deyən dövlət başçısı əlavə edib ki, “Xalqımızın adət-ənənələri, milli dəyərləri bizə bu virusla mübarizədə kömək edəcək”.

Prezidentin bu bəyanatı sanki koronavirusla mübarizə dövründə görülmüş işlər və əldə olunmuş nəticələr,virusun yaratdığı qlobal və milli fəsadların təhlil olunaraq, gəlinmiş qənaətinin etirafı idi. Bəli, virus üzrəndə qələbənin ilkin və ən əsas şərti milli birlik və bu birliyi təmin edən sosial aspektlərdir. Azərbaycan xalqının özünəməxsus üstünlüyü və fərqliliyi də məhz bu aspektlərdə gizlənir və prezidentin “Biz həm özümüzə, həm də bütün dünyaya göstərməliyik ki, böyük xalqıq” bəyanatını verməsi həm xalqa, həm də dünyaya mesajı idi. İlham Əliyev koronavirusla mübarizə məqsədilə qısa zamanda böyük vəsaitin toplanmasını da xalqımızın yüksək keyfiyyətlərə malik olmasının göstəricisi kimi qiymətləndirib.

Təbii ki, bu şəraitdə dövlətin üzərinə düşən əsas vəzifə vətəndaşların salamatlığı və sosial rifahlarının dayanıqlığını təmin etmək üçün effektiv idarəetmə həyata keçirməsidir. Əslində dövlətlər hər hansı təhlükə qarşısında idarəetmə mexanizmlərini köklü dəyişmək iqtidarında olmadıqları üçün mövcud idarəetmə mexanizmlərini vəziyyətə görə korrektə edərək, tətbiq etməyə məcburdurlar. Odur ki, məhz gözlənilməz böhranlar qarşısında idarəetmə mexanizminin effektivliyi aydın şəkildə ortaya çııxır. Azərbaycanda vəziyyətin nəzarətdə saxlanılması prezident İlham Əliyevin idarəetmə mexanizminin əvəzolunmazlığını bir daha sübut etdi. “Qəbul edilmiş konkret qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır”,- deyən İlham Əliyev xüsusi əminliklə bu günə qədər görülmüş işlərin vaxtında və düzgün atılmış addımlar olduğunu vurğulayıb.

Vətəndaşların nizam-intizamının mübarizəmizi daha məqsədyönlü və uğurlu edəcəyi fikrində olan prezident koronavirusla mübarizə ilə bağlı dövlət tərəfindən verilən qərar və tövsiyələrə məsuliyyətlə yanaşmağa çağırıb: “Vətəndaşlar xüsusi karantin rejiminə riayət etməlidirlər”.

Koronavirus təhlükəsinin yaratdığı qlobal iqtisadi böhran Azərbaycana da təsirsiz ötüşməyib və bu vəziyyətdə dövlət iqtisadi cəhətdən iki əsas cağırışla üz-üzədir: Birincisi, koronavirus dövründə əhalinin sosial rifahının təminatının dayanıqlığını təmin etmək, ikincisi isə post-koronavirus dövrünə minimum itkilərlə çıxmaqdır ki, dövlətin iqtisadi dirçəlişi üçün əlavə resurslar sərf olunmasın.

Azərbaycan prezidentinin koroinavirusla mübarizə ilə yanaşı, virusun yarada biləcəyi iqtisadi fəsadlarla mübarizəyə bir milyard vəsait ayırması əslində, hər iki iqtisadi təhlükənin vaxtında qarşısının alınmasına hesablanıb. Burada dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir və eyniylə sahibkarların daha məsuliyyətli davranmasını istəyir. “Dövlətin əsas məqsədi odur ki, bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq” deyən prezident işçilərin ixtisar olunmasına da qarşı çıxıb: “Sahibkarlar işçiləri ixtisar etməməlidirlər, indiki şəraitdə işçilərin ixtisarı bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər”.

Ümumi götürdükdə belə qənaətə gəlmək olar ki, pandemiya ilə mübarizədə bir tərəfdən milli birlik, digər tərəfdən isə dövlətin effektiv idarəetməsi tələb olunur. Ancaq uğurlu nəticə yalnız bu iki amilin vəhdəti və qarşılıqlı faydalı fəaliyyəti nəticəsində baş verə bilər. Bu vəhdəti təmin edən əsas amil isə xalqla iqtidarın birliyidir və prezidentin Azərbaycanın əsas təkanverici qüvvəsinin xalq-iqtidar birliyinin olduğunu deməsi bu fikri bir daha təsdiq edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam