Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Nərimanov rayon İcra başçısının həbsi gözlənilir –Abdin Fərzəliyevin "torbasını BŞİH tikdi"


 
                       

  Qurban Məmmədovun evinin söküntüsü dayandırılıb.
 
Yenixeber.org: Bakı şəhər İcra Hakimiyyətinin açıqlamasından belə anlaşılır.
 
Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, söküntü ilə bağlı məhkəmə qərarı yoxdur: 
 
“Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz”.
 
Xatırladaq ki, dünən bütün millətin gözü qabağında həmin ev sökülürdü. BŞİH-nin bu gün media açıqlamasından isə belə çıxır ki, Nərimanov İcra Hakimiyyəti bunu özbaşına edirmiş.
 
Əgər belədirsə, dünənki şou təkcə Qurban Məmmədova deyil, həm də Azərbaycanın dövlətçilik imicinə qarşı təxribat kimi qiymətləndirilə bilərdi. Bəlkə də məqsəd ölkəmizin hüquqi dövlət olmadığını, qisasçılıq hissiylə idarə olunduğunu dünyaya göstərmək idi. Dövlətlər isə qisasçılıq hissiylə yaşamaz, öz vətəndaşlarından intiqam almaz, sadəcə günahkarları cəzalandırar. Cəzalandırmanın mexanizmi isə hüquq, məkanı məhkəmə orqanıdır. Hansı ki, BŞİH-in də bəyanına görə, Qurban Məmmədovun evinin sökülməsində bu amillərin heç bir mövcud olmayıb.
 
O halda, dövlət orqanlarının qarşısında yeganə yol qalır: Özbaşına qərarlar verib dövləti çətin vəziyyətdə qoyan icra başçısını cəzalandırmaq. Həm də işdən azad olunmaqla yox. İcra başçısı təxribat törətməklə dövlətin imicini zərbə altında qoyduğuna görə ən ağır maddə ilə göz altına alınmalıdır.(qafqazinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam