Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

DTX-nin tutduğu -“Abu İbrahim Dağıstani”yə 19 il həbs verildi

DTX-nin tutduğu “Abu İbrahim Dağıstani”yə 19 il həbs verildi
Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilmiş “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarını partlayıcı qurğularla təchiz edən mütəxəssis kimi fəaliyyət göstərmiş Güləliyev Bəhram Tağıbəy oğlunun məhkəməsi yekunlaşıb.
Yenixeber.org: Bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam