Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gömrükdə külli miqdarda narkotik aşkarlandı-FOTO

 

 305 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.
Yenixeber.org: DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinədaxil olan əməliyyat məlumatı əsasında, İdarənin "Astara" gömrük postunda İran İslam Respublikasının vətəndaşı Arazigojog Abdolrazzaq Moradgoli oğlunun idarə etdiyi "Traktor" markalı, 27A455/56-10 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb.

Müvafiq sənədlərdə həmin avtomobillə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Qazaxıstan Respublikasına "kənd təsərrüfatı üçün avadanlıq - kotan" yükünün aparıldığı qeyd edilib.

Lakin sözügedən nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılarkən xidməti it kotanların dəmir çərçivəsinə reaksiya verib və yüklər stasionar rentgen qurğusundan keçirilib. Bu zaman 22 ədəd kənd təsərrüfatı avadanlığından 12 ədədinin içərisində - kotanların dəmir çərçivəsindəki boşluqda gizlədilən 598 ədəd bağlamada, ümumi çəkisi 305 kq 289 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam