Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

“Süni dəri” yükündən 304 kiloqramdan çox heroin çıxdı - Foto

“Süni dəri” yükündən 304 kiloqramdan çox heroin çıxdı - Foto

Azərbaycan gömrükçüləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daha bir uğurlu tədbir həyata keçirib.

Yenixeber.org: DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən daxil olan məlumata görə, külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısı alınıb. 

Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Biləsuvar gömrük postunda Ukrayna Respublikasının vətəndaşı Haıevskyı Leonıdin idarə etdiyi “Reno” markalı, AI9452HI/AI9425XK dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib. 

Həmin nəqliyyat vasitəsində olan 560 rulon “süni dəri” yükünün Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasının “Hadyeh Golbaf Jahan Co.” şirkətindən Ukrayna Respublikasının “Lımıted Lıabılıty Company Kasrık Ukraıne LLC” şirkətinin ünvanına aparılması nəzərdə tutulub. 

Lakin baxış zamanı yük avtomobilinin qoşqusunda 560 rulon “süni dəri” yükünün 288 ədədinin hər birinin daxilindəki silindr formalı karton borunun içərisində olan digər karton borunun üzərinə yapışqanlı lentlə sarınmış polietilen paketlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 304 kq 154 qram olan narkotik vasitə - heroin aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam