Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukraynaya aparılan 260 kq heroin Azərbaycanda tutuldu

Ukraynaya aparılan 260 kq heroin Azərbaycanda tutuldu
Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısını alıblar.
Yenixeber.org: Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi "Mercedes-Benz Axor" markalı, 99DM054/99ZA371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.

Həmin nəqliyyat vasitəsində olan "Sodium Karbonat" yükünün Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasının "Mojtaba Shage Azar" şirkətindən Ukrayna Respublikasının "LLC Lisintra" şirkətinin ünvanına aparılması nəzərdə tutulub.



Nəqliyyat vasitəsi öncə stasionar rentgen qurğusu ilə yoxlanılıb və avtomobilin qoşqusunda olan "Sodium Karbonat" yükünün arasında şübhəli cizgilər müşahidə edilib.

Bu səbəbdən qoşqudakı 20 ədəd paletdə, cəmi 800 ədəd polietilen torbada olan "Sodium Karbonat" yükü boşaldılıb və həmin yükə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it yükə reaksiya verdiyi üçün isə bütün polietilen torbalar açılaraq təkrar yoxlanılıb.



Bu zaman, 2 ədəd paletdə - üzərində "Najı Sodium Bicarbonate Fire Extinguıshıng Powder" sözləri yazılmış 25 ədəd polietilen torbada ümumi çəkisi 260 kq narkotik vasitə aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar edilən narkotik vasitə kustar üsulla hazırlanmış heroindir.

Faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam