Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakıda karantin qaydalarını pozan -"pub" aşkar edildi, 31 nəfər cərimələndi

Bakıda karantin qaydalarını pozan pub aşkar edildi, 31 nəfər cərimələndi

Bakının Nizami rayonu Məmmədəli Şərifli 84 B ünvanında "Bosman Pub" adı altında xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən və sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan obyekt aşkar edilib.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin məkana baxış zamanı orada müştəri və xidməti personalla bərabər ümumilikdə 31 nəfərin xüsusi karantin qaydalarını pozduqları məlum olub.

Həmçinin baxış zamanı obyektdə olan müştərilərin heç birinin sosial məsafə gözləmədiyi eləcə də tənəffüs yollarını qoruyan xüsusi tibbi maskalardan istifadə etmədikləri məlum olub.

Obyekti icarə əsasında işlədən Bakı şəhər sakini Babək Qaçayev və digərləri saxlanılaraq polis idarəsinə gətiriliblər.

Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 31 nəfər  barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub və onlar inzibati məsuliyyətinə cəlb olunublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam