Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Balakəndə reyd keçirilib-Karantin rejimi ilə bağlı

 

 

 Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Rayon İcra Hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.

Karantin rejiminin tələblərinə riayət olunması məqsədilə Balakən Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Katex kəndi ərazisində növbəti reyd keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin, Polis Şöbəsinin rəisi Mehman Əliyevin və digər idarə və təşkilatların rəhbərlərinin iştirak etdiyi reyd zamanı sakinlər tərəfindən karantin rejimi qaydalarına əməl olunması, ictimai nəqliyyatda tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb. Həmçinin, xüsusi karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, istirahət məqsədilə rayona gələn şəxslərin aşkar olunması istiqamətində tədbirlər davam etdirilib. Qaydaları pozanlar barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam