Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nizami rayonunda-koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir

 

09 iyul 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov Rayon İcra Hakimiyyətində yaradılan Operativ  Qərargah üzvləri ilə birgə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı növbəti reydlər keçiriblər.

Yenixeber.org: Reydlər zamanı ərzaq mağazalarında, fəaliyyətinə icazə verilən ticarət və xidmət obyektlərində, eləcə də apteklərdə sanitar-gigiyenik qaydalara ciddi əməl olunması, sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə edilməsi barədə bir daha xəbərdarlıq edilib, tətbiq olunan tələblərə riayət etməyən obyekt sahibləri barədə qanunamüvafiq  tədbirlərin görüləcəyi bildirilib.

Eyni zamanda, Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar tərəfindən də rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tələb və tövsiyələrin icrasına nəzarət məqsədilə reydlər aparılıb, əhali arasında maarifləndirmə işləri həyata keçirilib.

Qeyd edək ki, rayon ərazisində reydlər gündəlik olaraq aparılır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam