Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nizami rayonunda -reydlər keçirilib

 

Nizami rayonunda sərtləşdirilmiş karantin rejiminin qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi ilə əlaqədar reydlər keçirilib

 

Yenixeber.org: Yeni növ koronavirus infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan sərtləşdirilmiş karantin rejiminin qaydalarına Nizami rayonunda əməl edilməsi vəziyyətinin öyrənilməsi və zəruri tədbirlərin görülməsi ilə əlaqədar 06 iyul 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri ilə birgə növbəti reydlər keçiriblər.

Rəhbər şəxslər rayonda fəaliyyət göstərən iri market və mağazalara baş çəkib,  sərtləşdirilmiş karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi ilə tanış olublar. Reyd zamanı, həmçinin, rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılıb,  növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb, tibbi maskadan istifadənin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, rayonda mobil qruplar tərəfindən reyd və maarifləndirmə tədbirləri axşam saatlarında da həyata keçirilir. Reydlər zamanı hüquqi və fiziki şəxslər tərəfindən karantin rejimin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə onlar barəsində qanunamüvafiq tədbirlər görülür.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam