Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nizami rayonunda-reydlər davam etdirilir

 

Nizami rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsinin təmin olunması məqsədilə 07 iyul 2020-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri ilə birgə növbəti reydlər keçiriblər.

Yenixeber.org: Rayon ərazisində  fəaliyyətinə icazə verilən ticarət və xidmət obyektləri, ərzaq satışı mağazalarına, onlayn fəaliyyət göstərən mağazalara reydlər keçirilən zaman işlərini tələb edilən qaydalara uyğun qurmayan obyekt sahiblərinə ciddi xəbərdarlıq olunub. Koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı satıcılar və alıcılarla maarifləndirici söhbətlər aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına ciddi riayət olunması, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunmasının zəruri olduğu bildirilib.

Bundan əlavə, rayonda mobil qruplar tərəfindən də reydlər və maarifləndirmə tədbirləri  aparılır, həmçinin reydlər zamanı Rayon Polis İdarəsi tərəfindən xüsusi karantin rejimi qaydalarına əməl etməyən vətəndaşlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülür.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam