"Son kursda təhsil alan tələbələrin böyük hissəsi istehsalat təcrübəsində olurdu. Karantin rejimi ilə bağlı həmin yerlərdə xidmət göstərilməsi dayandırılmışdı".
Yenixeber.org: Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, istehsalat təcrübəsi müddəti ilə bağlı bir sıra güzəştlər tətbiq edilə bilər: "Bunun üçün də beynəlxalq təcrübəyə baxılır və yekun olaraq bəzi qərarlar qəbul edilə bilər".
C.Bayramov bildirib ki, hərbi xidmətə növbəti çağırışın iyul ayında olması planlaşdırılır: "Bəzi oğlan tələbələr təhsilini müəyyən səbəblərdən bitirə bilmədiyindən bununla bağlı hökumət qarşısında məsələ qaldırıla bilər".