Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aqrar universitetdə dekan qalmaqalı

Yenixeber.org: Bir müddət bundan əvvəl saytımızda Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı bir neçə tənqidi məqalə dərc etmişdik. Redaksiyamıza ADAU ilə bağlı yeni məlumatlar daxil olub. Belə ki, bu yaxınlarda “Baytarlıq təbabəti və Zoomühəndislik” fakultəsi dekan seçkilərinə hazırlaşır. Seçkilərə qısa zaman qalsa da, fakultənin ayrı-ayrı kafedra və müəllimləri prosesin gedişatından narazıdır. Rektorluq tərəfindən “elan” edilən dekanlıq seçkisinə süni maneə və təzyiqlər var. Şəxsən rektor İbrahim Cəfərovun özünün istəyilə bu vacib seçkinin adi təyinata çevrilməsi cəhdləri müşahidə olunur. Rektor universitetdə dekan seçkisində şəffaflığı və ədaləti təmin etmək əvəzinə, birokratik əngəllərlə fakultədə çalışan professor-müəllim heyəti arasında seçmək və seçilmək azadlığını buxovlayaraq boğur. Əslində bu “boğulma” ölkənin yeganə aqrar təhsil ocağında axsayan tədrisin növbəti çılpaq nümunəsidir. Rektor “öz adamı”nı asan yolla deyilən fakültəyə dekan “təyin etmək” üçün artıq tam hərəkətə keçib. O, bu yaxınlarda dekanlıq seçkisinə ən şanslı namizəd olan dosent, Mikrobiologiya və parazitologiya kafedrasının müdiri Zahir Ələsgərovu yanına çağırıb, namizədliyini geri götürməyə məcbur edib. Kollektiv və tələbələr yanında kifayət qədər nüfuzu olan Z.Ələsgərov da şansına küsərək rektorun şərtini icra etməyə aciz qalıb. Ardından da, rektorun özünün təkidlə fakültə dekanlığına irəli sürdüyü namizədin kimliyi xeyli maraq və təəccüb oyadıb. Belə ki, rektor Universitetdə və fakültədə şəxsi keyfiyyətləri və nüfuzu mübahisələr doğuran bir professora – Famil Nəsibova dekanlıq yolunda öz “yaşıl işığını” yandırıb. Baş tutacaq dekan seçkilərindən sevinmək əvəzinə, xeyli narahatlıq keçirən fakültədə əksər “seçici” Famil Nəsibovun namizədliyinin irəli sürüldüyündən narazıdır. İkrah doğuran və rektorluğun özbaşınalığını ehtiva edən ilk və ən diqqətçəkici hal isə professor F.Nəsibovun seçkiyə alternativsiz atılmasıdır. Rektorluq bu adamı favorit edərək fakültəyə rəqabətsizlik bəxş edib. Təsəvvür edin ki, başqa hansısa namizədi “olmayan” və ya alternativ imkanlar tanımayan bir fakültə ya Famil Nəsibova səs verməli, ya da yeganə namizədi “seçməli” olacaq. Bu situasiya adi məntiqlə də rektorun birbaşa dekan təyinatından elə də fərqlənmir.
Dekanlığın bir addımlığındakı adıçəkilən professorun “dosye”si nöqsanlarla, töhmət və qüsurlarla, illərlə “daşıdığı” vəzifədə qeyri-səmimi davranışlarla xeyli zəngindir. Xatırlayırsınızsa, Famil Nəsibov adı 2016-cı ilin 8 avqustunda sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun təşkil etdiyi kollegiya iclasında yarıtmaz fəaliyyəti ucbatından işdən qovulmuş “alim” – korrupsioner və özbaşına bir direktor kimi yaddaqalan olub. Həmin illərdə KTN-in “Heyvandarlıq Elmi-Tədiqiqat” İnstitunu ağlar günə qoymuş, dələduz qohum-əqrəbasını başına yığaraq korrupsiya burulğanı yaratmış, nazirinin etimadına xəyanət edərək daşıdığı məsul vəzifədən sui-istifadə etmiş birinin indi aqrar təhsil ocağında dekanlığa əvəzedilməz aday kimi irəli çəkilməsi sizcə nə deməkdir? Sosial şəbəkədə abiturientlərə “Gəlin ADAU-ya – baytar olun!”- deyə çağırış edən rektor bu cür zərərli iş üslublu alimi dekan “təyin” edərək gələcəkdə baytar mütəxəssislər hazırlamağı biz bilmədiyimiz hansı məntiqlərlə hədəfləyir ki? Axı, ötən tədris ilinin sonunda Famil Nəsibovun həm də qeyri-etik hərəkətləri ucbatından kafedranın iki xanım əməkdaşı işindən olub və bunu İbrahim Cəfərovun gözləri önündə ediblər! Əslində, ADAU rektoru bunca mənfi reputasiyaya sahib olan alimə həmişə kömək əli uzadıb. Rektor sabiq nazirin iradəsinin əksinə, korrupsiya və digər cinayət əməllərində məsuliyyətə cəlb edilən Famil Nəsibovu “Yoluxmayan xəstəliklər” kafedrasında müəllim saxlayaraq, qısa zaman sonra həmin kafedranın bölgüsündən törəyən ayrıca kafedraya müdir təyin etdirib ki, bununla da rektor ADAU-da “mütəxəssis hazırlığının qayğısını çəkib” deyə bilmirik. İndi isə F.Nəsibovu dekanlıqla taclandırmaq istəyi rektor İbrahim Cəfərovda hansı maraqlardan qaynaqlanır, deyə bilmərik.Onsuz da zaman-zaman eşidirik ki, universitetlərdə rektorun istəyi kimədirsə, o da dekan seçilə və ya kafedra müdiri ola bilir. Formallıqda normal seçkiyə dayanan proses isə ifşadan heç də sığortalanmayıb. Məncə, yuxarıdakı yazılanlar – ADAU-da qeyri-şəffaf “dekanlıq seçimləri”nin ifşası ola, qarşısı alınmaqla növbəti dekanlıq və digər seçkili vəzifələrin formalaşmasına stimullaşdırıcı amil ola bilər… Ümidvaram ki, ölkə başçısının yüksək etimad və inamına sığınaraq nazir adı daşıyan cənab İnam Kərimov və ölkənin Təhsil Nazirliyi ADAU-ya diqqət ayıracaq, hazırda rektorun diqtəsilə universitetin “Baytarlıq təbabəti və Zoomühəndislik” fakultəsinə kimin dekan “təyin” ediləcəyini aydınlaşdıraraq biabırçılığı durduracaqlar. Bunun üçün isə KT naziri sələfi Heydər Əsədovun imzaladığı 08.08.2016-cı il tarixli kollegiya qərarında yarıtmaz sabiq direktor Famil Nəsibov barədə yazılan sətirləri oxumaq, nəticə hissəsi ilə tanış olmaq kifayətdir. Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.(aktualxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam