Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Aqrar Universitetdə tələbələr qiymətlərini “nisyə“ yazdırıb

 

Rektor İbrahim Cəfərov qış imtahan sessiyasında hər qrup üzrə konkret "haqq" tələb edirmiş

"Xeberinfo.com":  Azərbaycan təhsili bərbad gündədir və onu vəziyyətdən çıxarmaq üçün tədbirlər görülməsi əvəzinə, durumu daha da ağırlaşdıracaq addımlar atılır. 
TİA.AZ xəbər verir ki, bir neçə gün bundan əvvəl TQDK-nın açıqladığı rəqəmlərdən də aydın şəkildə görünürdü ki, problem artıq kritik həddi keçib. 
Ali təhsil müəssisələrində isə vəziyyət daha ağırdır. Rüşvətsiz keçinmək mümkünsüzdür və tələbələr də bundan əziyyət çəkdiklərini gizlətmirlər. Məsələn, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) durum o qədər ağırdır ki, tələbələr nə edəcəklərini bilmirlər. Verilən məlumata görə, qış imtahan sessiyası başa çatsa da, ADAU-da rüşvət yığımı hələ də dayanmayıb. 
Belə ki, bəzi tələbələr imtahan sessiyası dönəmində onlardan tələb olunan pulu verə bilmədiyindən qiymətlərini "nisyə" yazdırıb. Yeni tədris dövrü başladıqda isə "nisyə" qiymət yazdırmalarının haqqını müəllimlərinə çatdırıblar. Məlumatda deyilir ki, müəllimlərin belə bir varianta baş vurmasının səbəbi rektor İbrahim Cəfərovun onlardan konkret pul tələb etməsi olub. 
Verilən digər  məlumata görə, İbrahim Cəfərov sessiya üçün tələb etdiyi məbləği fakültələr və qruplar üzrə bölüşdürüb. Tələbələrin sayına uyğun olaraq müəyyən edilən məbləğləri ödəmək isə məcburidir. 
Qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam