Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İbrahim Cəfərov haqda ilginc iddialar... Başdan aşan var-dövlət...... -İTTİHAM

 

 Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-red) professor-müəllim heyəti tərəfindən növbəti şok bilgilər gəlib.

Yenixeber.org: Saytımıza ötürülən məlumatlarda bildirilir ki, təyinatından bəri demək olar ki, hər gün şəffaflıqdan, özünün rüşvətsiz və korrupsiyasız idarəçiliyindən dəm vuran ADAU rektoru elə də kasıb deyilmiş. Əksinə, ölkəmizin yeganə təhsil ocağının rəhbəri lüks və eyş-işrətli həyat tərzi sürürmüş. Rektorun villaları, bahalı son model maşınları, rektorluğu dönəmində Bakıda və Gəncədəki göydələnlərdə almağa macal tapdığı bir neçə bahalı mənzilləri varmış. Hətta, iddialara görə, universitet rəhbəri bu ilin əvvəlində (27-29 yanvar 2019) Türkiyənin İzmir şəhərində EGE universitetində işgüzar səfərdə olarkən həmin turizm bölgəsindən xoşu gəlib və İzmirdə dənizkənarı ərazidə bahalı villa da alıb. Həmin səfər zamanı rektorun rəhbərliyi altında ADAU-dan İzmirə gedən digər şəxslərin də məhz rektorun yeni evində qonaq olduqları , xeyir-dua verdikləri bildirilir.

Rektorun var-dövləti barədə bilgilərin sübutu kimi redaksiyamıza fotoşəkillər təqdim edən, adlarının açıqlanmasını istəməyən professor-müəllim heyəti bildirir ki, İbrahim Cəfərov övladlarına aldığı inomarka maşınların özü qədər dövlət nömrə nişanları da uzun illərdir hamıda maraq doğurur. Belə ki, ADAU rektoru üçün universitetdən ayrılan "BMV" markalı xidməti avtomaşının da, özünün və ailə üzvlərinin mülkiyyətində olan maşınların da nömrələrinin sonu "333"-dür və bu təsadüfi hal deyil. Deyilənlərə inansaq, rektor məhz "333" rəqəmini öz uğuru hesab edir və bu səbəbdən xidməti maşınından başqa, hər birinin dəyəri azı 5-10 min manat olan eyni sonluqlu nömrələri ailə maşınlarına da almağı vacib hesab edib.
Həqiqətən maraqlıdır, hazırda rektorun öz xidməti maşını (10 AA 333) da, digər Cəfərovların idarə etdikləri son model - "BMW" və "Hyunday Elantra" markalı avtomaşınlar da nömrə sonluğunda "333" rəqəmini gəzdirir. Rektoru ara-sıra universitetə gətirən (GL/MERSDERES ) 10xx374 dövlət nömrə nişanının sonluğunun da yaxın vaxtlarda "333" olacağı aldığımız xəbərlər sırasındadır.

Verilən məlumata görə, rektor bir neçə il əvvəl Göygöl rayonu Aşıqlı-Köşkü kəndində "Noxudluq" deyilən ərazidə özünə mini villa da tikdirib. 10 sotdan artıq torpaq sahəsində yerləşdirilən villa-daçanın tikintisinə isə azı 200 min manat vəsait xərcləndiyi deyilir.
Bundan əlavə, Gəncənin Totanlı ərazisindəki 3 mərtəbəli villanın dəyəri milyonlarla ölçülür. Hazırda həmin villanın üzündə aqlaylanma və digər bəzəmə-tamamlama işləri aparılır.
Digər məlumata görə, ADAU rektoru illər əvvəl universitetin müəllimləri üçün tikilib istifadəyə verilmiş mehmanxana tipli yataqxanadan özünə bir neçə mənzil alıb və çox zaman da özünü "kasıb və sadə" göstərsin deyə oradakı mənzillərində qalır.
Göründüyü kimi, ADAU rektoru heç də kasıb biri deyil və tabeliyindəkilər haqlı olaraq sual edir - "Axı, şəffaf rektor bu vəzifəyə təyinatından sonra bu var-dövlətə hansı halal gəlirləri ilə sahib olub?

Rektorun digər mənzilləri barədə əlavə məlumat verməyə çalışacağıq!

Qarşı tərəfin də söz haqqına sayğısını ifadə edir...    //xalqxeber.az//


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam