“Müəllimlər günü” yaxışlaşdıqca narazı valideyinlərin də sayı artır.
Yenixeber.org: Bu barədə redaksiyamıza Xırdalan şəhər 10 №-li tam orta məktəbdə təhsil alan şagirdlərin valideyinləri bildirib. Müəllimlərin adət-ənənə kimi ildən ilə yola saldıqları bayram sözünhəqiqi mənasında təqdirəlayiq haldır. Müəllimləri təbrik etmək, onların şəninə xoş sözlər səsləndirmək hər bir şagirdin mənəvi borcudur. Lakin bu o demək deyil ki, “təbriklər” xüsusi formada, bir sözlə konfertdə təqdim edilməlidir.
Təbii ki, orta məktəb müəllimlərini qarşılarına sipər kimi çəkən direktorlar bzən məsüliyyətdən yayınmağa çalışır.
Müəllimlərin valideyinlərə sosial şəbəkə və yaxud digər usullarla sifarişləri onların deyil, məhz direktorun cızdığı planlardır. Göstərilən neqativ halların elə məhz Xırdalan şəhər 10 №-li tam orta məktəbdə baş verdiyi başa düşüləndir. Məktəbin yüksək səviyyədə istifadəyə verilməsi və məktəbdə təhsil alan şagirdlərin bir qismi maddi baxımından digər valideyinlərdən seçilməsi hər birimizə məlumdur.
Maraqlısı isə budur ki, Xırdalan şəhər 10 №-li tam orta məktəbin direktoru Elnarə Həsənova imkanlı və imkansız valideyinlərə fərq qoymadan hər bir şagirdən 15-20 manat pul yığılmasına göstəriş verib. Reallıq ondan ibarətdir ki, bir ailədən 2 və daha artıq şagird təhsil alırsa deməli məbləğin daha yüksək olacağı dəqiqdir. Onu da nəzərinizə çatdıraq ki, məktəbdə şagirdlər arasında elə bir atmasfer yaradılıb ki, sinifdə şagirdlərdən biri “Müəllimlər günü” tələb edilən məbləği ödəmədiyi halda, həmən şagirdə qarşı yad münasibət göstərilir. Xüsusi olaraq sinif rəhbəri tərəfindən şagirdlərin adlarlı çəkilir və bəzən ağır sözlərlə təhqir olunur. Əslində, məktəbin direktoru Elnarə Həsənovanın məlum “qanunları” bir qarış yuxarıdan hazırlandığı məlumdur. Belə ki, ibtidayi siniflər 20 manat, yuxarı siniflər isə 40 manat ödəməlidir.
1994-cü ildə YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir. Əfsuslər olsun ki, şanlı ölkəmizdə “Müəllim günü” valideyinlərin tənqidləri ilə qeyd edilir.
Kaş maddiyata ayrılan diqqət təhsilimizə ayrılardı
Təhsil naziri Ceyhun Bayramov cənabları öz çıxışında dəfələrlə təhsilimizin yüksək səviyyədə olduğunu və təhsilimizdə şəffavlığın höküm sürdüyünü vurğulayır. Dosye.org olaraq hörmətli nazirimizin diqqətinə çatdırmaq istəyirik ki, Xırdalan şəhər 10 №-li tam orta məktəbin direktoru Elnarə Həsənova tabeçiliyində olan müəllimlərdən “Müəllimlər günü” münasibəti ilə valideyinlərdən pul yığılmasına göstəriş verib. Odur ki, haqlı iradlar məktəb direktorlarına deyil, Təhsil Naziri Ceyhun Bayramovadır.
Əgər yazdıqlarımızı cəfəngah, böhtan və yalan hesab edirsinizsə zəhmət çəkib orta məktəblərdə sorğu keçirin. Görünüən tərəf ondan ibarət ibarətdir ki, ölkə təhsili E. Həsənova və digər direktorlar üçün gəlir mənbəyinə çevrilib. Hətda mətbuatda yayımlanan tənqidi məqalələri də qeyri-ciddi qəbul etmək zorunda qala bilərsiniz. Bu təbii haldır. Bizim təklifimiz isə olduqca maraqlıdır. Bbir əlinizi vicdanızın üzərinə, bir əlinizi quran üzərinə qoyub and içə bilərsiniz ki, orta məktəblərdə fond pulu və bəzi adlar altında pullar yığılmır.
Əlbətdə ki, qeyd etdiyimizlə böyük iradə, dürüslük və gələcəyimizə sədaqətlə xidmət edən şəxs razılaşa bilər. Xəbər saytlarında tənqidi məqalələrdən belə qənaətə gəlmək olar ki, təhsilimizin dəfn olunduğu ilə barışmısız. Əks təqdirdə göstərilən faktlar dərindən araşdırılaraq və eyni zamanda adı hallanan direktorlarla bağlı ciddi tədbir görülərdi. Deməli, aidiyyətli qurum olaraq Elnarə Həsənovaya “Müəllimlər günü” pul yığılmasına birbaşa özünüz göstəriş vermisiniz.
Fürsətdən istifadə edib, gələcəyimiz naminə sədaqətlə, vicdanla dövlətə və dövlətçiliyə xidmət edən müəllimlərimizi təbrik edirik.
Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.(dosye.org)