«165″-İN DİREKTORU HANSI YÜNGÜL CƏHƏTİNƏ GÖRƏ «VERBOVAT» OLUNUB-

Mikayılova «yuxarı» şikayət edənə qədər onun hesabında olan mal-material qiymətlilərinin təhvil-təslimi olmadan direktor əmrini verib. Onun yerinə isə Ali təhsili olmayan, Ağcabədi rayonunun ən varlı kəndlərindən sayılan Avşardan olan, deyilənə görə heç latın əlifbsı ilə yazıb-oxumağı bacarmayan Vaqif adlı şəxsi təyin edib. Bildirilir ki, həmin o Vaqif savadının yerində olmasına baxmayaraq, direktorla birlikdə siniflərdə açıq dərslərə girir, şagird və müəllimləri özünəməxsus formatda imtahana çəkir.
Mənbə onu da qeyd edir ki, Vaqif məktəbin texniki işçıləri ilə də kobud rəftar edir.O, məkəbi süpürən xadimələrə qışqıraraq,Mikayılova bildirir ki, günü bu gün də Vaqif bəylə onun arasında təhvil-təslim aktı tərtib olunmayıb. Şövkət müəllimə qeyd edir ki, direktorun haqsız əməlləri ona stress yaşatdığından, müalicə üçün Rusiyaya gedib. Qəribədir ki, üstündən 6 ay keçəndən sonra V.Məmmədov ona zəng edib guya inventar sırasında çatmayan 60 ədəd bahalı stulun aqibətini soruşub.
Məktəbin ingilis dili müəllimi, illərdir təhsildə saç ağartmış,uzun müddət Xətai rayon Təhsil Şöbəsində baş inspektor işləyən Hidayət Ocaqverdiyev deyir ki, “Vüqar Məmmədovun bu addımları atmağa qəti ixtiyarı yox idi. Aliyyə Gəncəliyeva 25 ildir zavuç işləyirdi. Aliyyənin ayağının altının bildiyini heç onun başı bilmir. Mən tələb edirəm ki,BTİ -gəlib yoxlama aparsın. Jurnaldan tutmuş əmr kitabına qədər o qədər nöqsan var ki,..
Elə şagird var jurnalda adı yoxdur, əmr kitabında adı var.Elə müəllim var ki, adı məktəbdə getsə də özü evdə oturub istirahət edir. Müəllimlərdən bir neçəsi Baş İdarəyə ərizə yazmışdı, rəhbərlikdən çağırıb müəllimlərin ərizələrini geri götürtdülər.
Əgər Pedaqoji Şura çağırsalar hamı Vüqarın nöqsanlarını üzünə deyər. Lakin Vüqar Məmmədov Pedaqoji Şuranı çağırmaqdan qorxur.
İşdən günahsız çıxarılalardan, Aliyyə Gəncəliyevanın da mövqeyini öyrənməyə çalışdıq. O, bizə geniş açıqlama vermək istəmədi. Səsindən hiss olunurdu ki, mənən onun arzularını və ümidlərini sındırıblar. Yalnız onu bildirdi ki, gələcək nəslin belə təhsil və tərbiyə almağına heyfim gəlir. Onsuz da mən boş- boşuna dərsə gəlib gedirəm, aylardır məktəbdə dərs deməyə şagird tapmıram,heç jurnalı da yazmıram.Görək imkan tapan kimi, Mehriban xanımın yaxud da cənab Nazirin qəbulunda olub fikirlərimi deyəcəyəm”.(deryaz.az)
Mövzuya qyıdacağıq.