Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir?- Ekspert

 

   

“Gənc Vətəndaş” İctimai Birliyi ali pedaqoji təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək, yeni tədris proqramına uşaq hüquqları ilə bağlı fənnin salınmasını təklif edib.

Yenixeber.org: Bu barədə “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova məlumat yayıb. O bildirib ki, bu, müəllimləri yeni dövrün çağırışlarına hazırlamaq baxımından çox önəmlidir:

“Uşaqların müdafiə mexanizmi təhsildən başlamalıdır. Uşaqların hüquqları, müdafiəsi, uşaqlara qarşı zorakılıq əleyhinə yanaşma, əsasən onların tədrisi ilə məşğul olan müəllimlərdə olmalıdır. İndi müəllimlər öz ixtisası ilə bağlı mütəxəssis olurlar, amma uşaqlarla davranışı tam öyrənmirlər. Pedaqogika yeni standartlara cavab verməlidir, məsələn, uşaqlarla davranış, ünsiyyət, uşaq psixologiyası və s. prioritet təşkil etməlidir”.

G.Səfərovanın sözlərinə görə, indiki dövrün uşaqları texnoloji əsrin yetirmələridir və onlara fərqli yanaşılmalıdır. Ən əsası isə indiki müəllimlərin əksəriyyəti uşaq zorakılığı əleyhinə bilgilərini artırmalıdır:

“Bəzən tədris təlimi kölgədə qoyur. Bu da uşaqların şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaqların özünü təqdim etmək, öz bilik və bacarıqlarını nümayiş etdirməklə bağlı çox çətinlikləri olur. Burada ailə ilə yanaşı, müəllimlərin də günahı var. Azərbaycan məktəbləri şəxsiyyət yetişdirmək baxımından çox zəifdir. Çünki məktəblərdə müəllim çoxdur, pedaqoq azdır. Ona görə də müəllimlər ciddi hazırlanmalıdır”


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam