Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Meksika universitetləri Azərbaycan İnşaat Universiteti ilə maraqlanır–Görüş

 

Meksika universitetləri ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti   arasında əməkdaşlıq müzakirə olunub.

Yenixeber.org: Meksikanın Azərbaycandakı səfirliyindən  Strateq.az  saytına bildiriblər ki, səfir Rodriqo Labardini ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova arasında baş tutan görüşdə müxtəlif mövzulara toxunulub, universitetlərarası əlaqələrdən söhbət açılıb. Səfir Labardini,  Mexiko şəhərindəki yüksək səviyyəli təhsil ocaqlarından, Puebla, Quanaxuato, Verakruz və bu kimi digər şəhərlərdə yerləşən ali təhsil ocaqlarının təqdim etdiyi imkanlardan bəhs edib.

Hər iki tərəf memarlıq və inşaatda olan aktual problemləri, eyni zamanda,  onların həlli yollarını müzakirə edib.

Meksika memarlığı dedikdə ölkə hazırkı ərazisində həyata keçirilmiş tikinti və dizayn işləri, eyni zamanda, xarici ölkələrdə meksikalı memarlar tərəfindən yaradılan layihələr nəzərdə tutulur. Özündə ispanların gəlişindən əvvəlki və müstəmləkə dövrlərinin təsiri ilə müasir elementləri cəmləşdirdiyinə görə seçilir. Müxtəlif şəhərlərin tarixi mərkəzlərinin ümumi sayı daxil olmaqla, Meksikanın memarlıq abidələrinin çoxunun bədii əhəmiyyəti sayəsində ölkə Yunesko tərəfindən Bəşəriyyətin İrsi elan olunan məkanların sayına görə Amerika qitəsində ilk yeri tutur


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam