Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Meksika səfiri Göyçaya səfər edib

 

 

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Göyçay rayonuna səfər edib

 

Yenixeber.org: Səfirlikdən verilən məlumata görə, səfər regionlararası əlaqələri inkişaf etdirmək məqsədi ilə təşkil olunub.

Səfər zamanı Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə görüşən səfirə rayonun kənd təsərrüfatı potensialı və iqlim xüsusiyyətləri haqqında məlumat verilib.

Görüşdə ölkəsinin kənd təsərrüfatından danışan R.Labardini bildirib ki, səfirlik regionlarası əlaqələrin gücləndirilməsini vacib və zəruri hesab edir: "Məhz bunun üçün diplomatik missiyanın tədbirləri yalnız paytaxtda deyil, ölkənin digər rayon və şəhərlərində də həyata keçirilir".

Tərəflər ikitərəfli əməkdaşlığın yeni sahələrini kəşf edə bilmək üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar.

Bundan əlavə, görüşdə Göyçay şəhəri ilə Meksikanın hər hansı bir şəhəri arasında mümkün qardaşlaşmanın vacibliyi qeyd olunub. 

Daha sonra səfir rayonda süd və nar şirəsi istehsal edən zavodlarla tanış olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam