Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan və Meksika parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə ediblər

 

 

© Report

Yenixeber.org: Parlamentlərarası əlaqələrə təkan vermək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisdə olub və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, habelə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüb.

"Report" Meksikanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı əməkdaşlığın müxtəlif sektorları üzrə əlaqələrin intensivləşdirilməsi qeyd olunub.

Görüşdə Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün təməl hesab olunan hüquqi bazanın möhkəmlənməsi vurğulanıb. Tərəflər hər iki ölkənin parlamentləri arasında qarşılıqlı səfərlərin stimullaşdırılmasının zəruriliyini qeyd ediblər. Bundan əlavə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan söz açılıb. Məsələ ilə əlaqədar səfir Labardini miqrasiya, ətraf mühit və başqa mövzular üzrə beynəlxalq hüquqi bazanın yaradılmasına dair Meksikanın bir sıra təklifləri haqqında məlumat verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam