Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lənkəranda təhsil “unudulub”: RƏZALƏT

 

 

 

 

Hesablama Palatası Lənkəran Təhsil Şöbəsini ifşa etdi

Xeberinfo.com: Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə Lənkəran şəhər Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini açıqlayıb. 

Bu açıqlamada Lənkəran şəhər Təhsil Şöbəsindəküüllü miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları əksini tapır. Xatırladım ki, bir müddət öncə biz də xeberinfo.com-da bu dövlət qurumunda baş alıb gedən mənimsəmə ilə bağlı yazmışdıq. İndi isə bu Auditin nəticəsi medianın yazdıqlarını təsdiqləməklə, həmişə şəffaflıqdan, qanunun aliliyindən danışan şöbə müdiri Şahanə Əhmədova üçün yumuşaq desək heç də ürəkaçan olmadı...

Audit  olunan dövrdə Şöbə tərəfindən ümumilikdə 50865,9 min manat məbləğində vəsait icra edilmiş, 2013-2015-ci illər üzrə ayrılmış vəsaitlərin icra səviyyəsi müvafiq olaraq 95,1%, 95,7% və 93,9% təşkil etmişdir.

 

Lənkəran şəhər Təhsil Şöbəsi 87 ümumtəhsil məktəbini, 29388 şagird və 4020 müəllim kontingentini əhatə edir, ümumtəhsil məktəblərində şagirdlər üzrə orta sıxlıq  16,7 nəfərdir.

 

Auditin  əhatə etdiyi son tam dərs ilində (2014-2015) rayon üzrə təhsilini (tam orta) başa vurmuş 1735 şagirdin 97,9%-i attestat alsa da, onlardan yalnız 51,3%-i qəbul imtahanlarında iştirak etmiş, bu imtahanların nəticələrinə görə rayon üzrə 360 nəfər tələbə adını qazanmışdır. Qəbul imtahanlarının nəticələrinə görə rayon abituriyentlərinin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricidən aşağı olmuşdur. 

 

Müəyyən edilmişdir ki, Şöbənin tabeliyində olan ümumtəhsil məktəblərində əsasən Azərbaycan dili və ədəbiyyat, fizika, kimya, informatika, fiziki tərbiyə və ingilis dili fənləri üzrə ümumilikdə 467 saat vakant dərs olmuş, ixtisaslı kadr çatışmazlığı səbəbindən həmin saatlar yaxın ixtisaslı pedoqoji kadrlar və saathesabı üzrə qonşu məktəblərdən olan müəllimlər tərəfindən tədris edilmiş və nəticə göstəricilərinə təsir etmişdir. Belə ki, 12 məktəb üzrə ali məktəblərə qəbul olan olmamış, 2 kənd məktəbi üzrə qəbul imtahanı üçün sənəd verilməmiş, 2 kənd məktəbi üzrə isə qəbul imtahanlarından toplanmış orta bal 100 baldan aşağı olmuşdur.

 

Əmək haqlarının ödənilməsi ilə bağlı araşdırılma nəticəsində müəyyən edilmişdir ki, Şöbə tərəfindən mövcud təlimat və qaydaların tələblərinə düzgün əməl edilməyərək tədris-təcrübə sahəsinə rəhbərlik, kabinə müdirliyi, emalatxanaya rəhbərlik üçün əlavə haqq, şagird sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatları, həmçinin şagirdlərin sıxlığının gözlənilməməsi və az komplektli ibtidai siniflərdə komplektləşmə aparılmaması nəticəsində paralel və artıq saxlanılmış sinif komplektləri üçün artıq əmək haqqı ödənilmişdir. Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilmişdir.

 

Şöbə tərəfindən bəzi hallarda funksional fəaliyyətə aid olmayan tədbirlərə vəsait yönəldilməklə səmərəsiz xərclərə yol verilmişdir. Təhsil şöbəsi tərəfindən auditin əhatə etdiyi dövrdə keçirilmiş ümumilikdə 48 satınalma prosedurunun araşdırılması ilə alınmış malların (işlərin və xidmətlərin) qiymətinin orta bazar qiymətindən və respublikanın digər rayon (şəhər) təhsil şöbələri üzrə eyni növ malların alış qiymətindən fərqli olduğu, satınalmalar zamanı əksər hallarda yeni yaranmış, müvafiq sahədə təcrübəsi olmayan, nizamnamə kapitalı çox az olan, bir sıra hallarda isə dövriyyəsi olmayan müəssisələrin qalib elan edildiyi müəyyən olunmuşdur.

 

Bununla yanaşı, əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi zamanı tərtib edilmiş zəruri sənədlərdə müəyyən uyğunsuzluqlara yol verilməsi, işlərin dəyərinin mövcud qanunvericiliyin tələbləri tam gözlənilməməklə müəyyən edilməsi  səbəbindən artıq vəsait xərclənmişdir.

 

 

Mühasibat uçotunun təşkili və aparılmasının mövcud normativ aktlara uyğun olmadığı, əvəzsiz qaydada verilmiş müxtəlif inventar və avadanlıqların mərkəzi mühasibatlıq tərəfindən uçota alınmadığı, əsaslı təmir xərcinin binaların balans dəyərinə əlavə edilmədən birbaşa xərcə silindiyi, Lənkəran şəhər ümumtəhsil məktəblərinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş kompüterlərdən tədris prosesində tam istifadə edilmədiyi qeyd olunmuşdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam