TƏHSİL NAZİRİNİN DİQQƏTİNƏ: “İDRAK” LİSEYİNDƏ “AİLƏ PODRATI” VAR İMİŞ-TƏFSİLAT

…Müəllimi şagirdi tərəfindən ov tüfəngi ilə güllələnən “İdrak” liseyində maraqlı hadisələr baş verir… Məsələn, bu gün baş verən hadisədən iki saat keçmiş lisey rəhbərliyi valideynlərə xüsusi bildiriş göndədirir ki, məktəbdə heç bir hadisə baş verməyib, narahat olmayın və s. Baş Prokurorluq və DİN isə güllələnmə barədə rəsmi açıqlama yayıb, istintaqın getdiyini bildirir, şagirdin saxlanıldığı açıqlanır…
Yenixeber.org: Nə isə… İndi o da məlum olur ki, lisey “ailə podratı” ilə idarə edlirmiş. Təbii ki, lisey özəl tədris ocağıdır, amma Təhsil Nazirliyinin lisenziyasını alıb və əsas fəaliyyət nazirliyin nəzarətində və idarəçilindədir. Yəni, tədris nazirliyin qaydalarına uyğun olmaqla, fəaliyyət “Təhsil haqqında” Qanunla nizamlanmalıdır. Çünki bu liseyi bitirənlər digər məktəblərin şagirdləri ilə eyni hüquqla DİM-də imtahan verəcək və s.
Gəlirik mətləbə: təhsil naziri Emin Əmrullayev bilirdimi ki, bu lisey “ailə pdratı” ilə idarə olunurmuş? Məsələn, liseydə işləyənlərin böyük əksəriyyəti təsisçi Alışov Mönsüm Ədil oğlunun qohum və doğmaları, ailə üzvləri imiş. Rəsmi rəqəmlərdən bəlli olur ki, 2014-cü ildə təsis edilən liseyin Bakı filialının direktoru təsisçinin bacısı qızı və həm də gəlini Alışova Natəvan Üzeyim qızıdır. Nətavan Alışovanın həyat yoldaşı İdris Alışova və Nətavan Alışovanın bacıları və bütün qohum-əqrabaları da liseydə məsul sahədə çalışırlar.
Mediada bir arayış təqdim edilir: məlum olur ki, əsl ixtisası montyor olan təsisçi Mönsüm Alışov sonralar – 1976-cı ildə Qubadlı rayonunun Çərəli kənd orta məktəbində riyaziyyat müəllimi olub, 2008-ci ildə Sumqayıt Özəl İxtisas Kollecinin əsas mövcud (hazır) maddi-texniki bazası əsasında “İdrak” liseyini təsis edib.
Problem ondadır ki, qohum-əqraba olan yerdə idarəçilik zəifləməlidir. Direktor öz qohum-əqrabaları ilə ya düşmən olmalıdır, ya da onlardan iş tələb etməliydi. Etməyib, nəticədə məktəbə tüfənf gətirilib… Lazım olsa, başqa şeylər də gətirilər…(Tezadlar)
SƏBUHİ










AZ
RU