Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

315 saylı məktəbdə Müəllimlər Günü -Direktor əvəzi üçün pul yığılır?

bitmap-img6

Direktor əvəzi Leyli Rüstəmovanın qoyduğu qanunlara görə yığılan puldan onun “payı” mütləq verilməlidir
Son günlər 5 oktyabr Müəllimlər Günü münasibətilə məktəblərdə şagirdlərdən pul yığılması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə çoxlu sayda məlumatlar yayılmaqdadır. Müəllimlər Günü münasibətilə pul yığılması halları ən çox Bakı məktəblərində baş verir. 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılmasını qadağan edib. Ancaq bu qadağaya baxmayaraq paytaxt məktəblərində valideyn komitələri tərəfindən Müəllimlər Günü münasibətilə pul yığılması davam edir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə paytaxtın Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı tam orta məktəbdə Müəllimlər Günü münasibətilə valideynlərdən pul yığıldığı iddia edilir. Bildirilir ki, artıq valideyn komitələri tərəfindən vatsap qruplarında Müəllimlər Günü münasibətilə pul yığılması demək olar sona çatıb.
Redaksiyamıza daxil digər məlumatda isə qeyd olunur ki, valideyn komitələri tərəfindən yığılan pulların bir hissəsini sinif rəhbərləri direktor əvəzi Leyli Rüstəmova üçün ayırırlar. Çünki 315 saylı tam orta məktəbdə Leyli Rüstəmovanın qoyduğu qanuna görə Müəllimlər günü, 8 mart və digər bayramlarda sinif rəhbərləri yığdıqları puldan direktorun “payını” mütləq verməlidirlər.
Qeyd edək ki, Leyli Rüstəmova 2007-ci ildən 315 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində işləyir və 2018-ci ildən isə həm də direktor vəzifəsini icra edir.(azfakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam