"Xankəndidə təhsil müəssisələri fəaliyyətini bərpa edəcək" - Nazir
"Əminəm ki, ən qısa zamanda Xankəndidə təhsil müəssisələri öz fəaliyyətini bərpa edəcək".
Yenixeber.org xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələdə müəyyən işlər həll olunmalıdır: "Tarixlər isə müvafiq qərargahın qərarları ilə tənzimlənir".