Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məktəbi öz qanunları ilə idarə edən direktor haqda ŞOK FAKTLAR -FOTO+VİDEO

Yenixeber.org: Bir çox sahələrdə olduğu kimi ölkənin təhsil sektorunda da məmur özbaşınalığı, vətəndaşların incidilməsi, rüşvət və korrupsiya faktları tüğyan edir. Mütəmadı olaraq bu cür faktlarla bağlı vətəndaşlar tərəfindən redaksiyamıza şikayət məktubları daxil olur. Bu şikayətlərdən biri də Xırdalan şəhər 9 nömrəli məktəb haqqındadır.
Qanunvericiliyimizdə də qeyd olunduğu kimi, məktəb direktorunun başlıca vəzifələrindən biri məktəbdə sağlam psixoloji mühiti qurmaqdır. Direktorla məktəb kollektivi arasında olan müzakirələr öz konfidensiallığını qorumalıdır.
Xırdalan şəhər 9 nömrəli məktəbin direktoru Həcər İbrahimova məktəbdə sağlam-psixoloji mühit qura bilmədiyi kimi, üstəlik xaotik vəziyyət yaradıb. Müəllimlər onun qanunsuzluqları barədə aidiyyatı qurumlara məlumat verdikdə həmin müəllimlərin həssas nöqtələrini taparaq onları hədələyir. Həmçinin bu şəxs iclas keçirdərək iclasda təhsil məsələlərini kənarda qoyub, onu şikayət edən müəllimlərin gözünü qorxutmağa çalışıb.
Məktəbi öz qanunları ilə idarə edən direktor haqda ŞOK FAKTLAR - FOTO-VİDEO

Həcər İbrahimova ona qarşı çıxan müəllimlərə qarşı direktor müavinləri ilə birlikdə məktəbdə təxribat yaradır. Təxribatın nəticəsidir ki, həmin müavinlər, müəllimlər səhlənkar və işini düzgün yerinə yetirməyən təhsil işçiləri kimi qiymətləndirilir. Təhsilimizi qara günə qoyan direktor Həcər İbrahimova onu şikayət edən müəllimlərin bütün şəxsi, gizli məlumatlarını paylaşır. Bu şəxs öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Sistemdə şagirdlərə imtina verilir. Bu səbəbdən məktəbdə şagird sayı azalır. Direktor müavini Kəmalə Cəfərova qeyri-qanuni olaraq sinif rəhbərliyi edib. Lakin bunu boynuna götürmür.
Direktor özünün adına 12 saat dərs saatı yazdırıb, lakin həmin dərsləri də tədris etməyib. Bununla bağlı heç bir tədbir görülmür.
Kollec təhsilli Kəmalə Cəfərova ibtidai siniflərin bağlanılmasını təklif edir. Bu direktor müavini gözünə xoş dəyməyən müəllimin sinfinin bağlanmasını tələb edir.
Məktəb direktoru və bəzi müavinləri məktəbi avtoritar rejimdə idarə edirlər.
Qanunvericiliyə əsasən məktəbdə normal əmək, elmi-pedoqoloji iş və təhsil şəraiti müasir standartlara cavab verən texnologiyalarla təmin olunmalıdır.
Lakin bu məktəbdə direktor sinif otaqlarını müəllimlərə öz evi kimi verir. İmkanı yaxşı olmayan müəllimlər icazə və xahişsiz, digər müəllimin razılığı olmadan invertarlardan, promethan lövhələrdən istifadə edə bilmirlər.
Vəzifə heç kimə ixtiyar vermir ki, avtoritar rejimlə iş prinsiplərini həyata keçirsin.
Hətta məktəbdə müəllimlər arasında dava da düşüb. Belə ki, tədris işləri üzrə direktor müavini Cəfərova Kəmalə ilə məktəbin riyaziyyat müəllimi arasında, ağır ittihamlarla, təhqirlərlə dolu söz davası olub. Onlar hər kəsin gözünün qarşısında nalayiq ifadələr işlədiblər.
Şəkillərdə göründüyü kimi, məktəb direktoru və direktor müavini himn oxunan zaman əllərini sinələrinə qoymayıblar. Bu da həmin məktəbdə dövlətçiliyimizə qarşı hörmətsizliyin əlamətidir.
Bu direktor və onun müavinlərinin qanunsuzluqları barədə aidiyyatı qurumlara məlumat verilib.
Ümid edirik ki, bu şəxslər barədə tezliklə tədbir görülər.



TƏHSİL MEDİA

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam