Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Laçın təhsilində misli görünməmiş “besperedel”:FAKT+FAKT

 

 

 

Təhsil şöbəsinin müdiri geniş miqyaslı korrupsiyada ittiham olunur

 

Xeberinfo.com:  Redaksiyamızın elektron ünvanına Laçın rayon Şeylanlı kənd sakini Xudayarov Baxşeyiş Salyan oğlunun müraciəti daxil olub. Müəllif müraciətində Laçın rayon təhsilindəki özbaşınalıqlardan, şöbə müdiriMalik Vəliyevin korrupsiya əmməllərindən bəhs edir. İctimai əhəmiyyətini nəzərə alıb, yazını olduğu kimi dərc edirik:   

 

 

Laçın Rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyev  yuxarı dövlət orqanlarında sözükeçən yaxın qohumları: Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmovun imkanlarından istifadə etməklə Laçın rayon təhsil şöbəsini bazara çevirib.

Laçın rayon Təhsil Şöbəsində korrupsiya və rüşvətxorluq pik nöktəyə çatıb. Malik Vəliyev dərs ilinin əvvəlində məktəb şəbəkələrini qəbul edilərkən Azərbaycan Respublikasının Təhsil haqqında qanunları ,Təhsil  Nazirliyinin müvafiq əmr və sərəncamlarını kobudcasına pozaraq yerli məktəblərdən rayonumuzun orta ümumtəhsil məktəblərinin 9,10,11-ci siniflərinə yüzlərlə şakird qeyri qanunibul edilmişdir ki, 9,10,11-ci siniflərinşagirdlərinə gəlir mənbəyi kimi baxılır.M.Vəliyev 9,10,11-ci siniflərinşagirdlərindən  direktorlar vasitəsi ilə aylıq hesab alaraq  məktəbdə dərs məşxələlərində iştirak etməmələri üçün şərait yaradır bu şagirdlər reptitor yanında hazırlaşırlar. Laçın rayonunda korrupsiya üzrə “mütəxəsislərdən” birincisi olan Malik Vəliyev  qeri qanuni  qəbul olunmuş şagirdlərin hesabına sinif komplektlərinin sayını süni surətdə artıraraq satır.ümumiyyətlə Laçın rayon bütün orta ümumtəhsil məktəblərinin 9,10,11-ci siniflərində tədris yoxdu. dərs saatları məktəb direktorlarına qohum olan müəllimlərin adına yazılaraq alınan vəsaitin 50% M.Vəliyevə çatır.

 

Təhsil Şöbəsinin müdrü Malik Vəliyev Laçın rayon Maliyyə şöbəsi ilə əlbir olub məktəblərdə olan texniki ştatları və pisxoloq ştatlarını məktəb direktorları vasitəsilə  satırlar. Hətta Laçın rayon ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin texniki işçilərinin  əksəriyyəti başqa ərazilərdə yaşayır və əməkhaqqı kartı M.Vəliyevin cibindədir.

Məsələn: Bakı şəhərində yerləşən Laçın rayon 9 № -li tam orta məktəbinin təssərrüfat işləri üzrə müdri İsmayıllı rayonunda, xadiməçisi  isə Şəki rayonunda yaşayır, əmək haqqı kartı M.Vəliyevin cibindədir.

Təhsil Şöbəsinə öz şəxsi biznesi kimi baxan M.Vəliyev şagirdlərin sayı az olan(50-100 şagird) məktəb direktorlarından yüksək məbləğdə rüşvət alaraq  şagirdlərinin sayı çox olan(350-500 şagird) məktəblərə direktor təyin edir.

 Rayon məktəblərində olan elmi dərnəklərin  heç birinin faliyyəti yoxdur. Araşdırılma aparılsa burada ciddi maliyyə maxinasiyalarının olması faktı aşkar olar.

Məsələn: Rayonun 13 № -li tam orta məktəbində, 35 № -li tam orta məktəbində, 9 № -li tam orta məktəbində, Qozlu tam orta məktəbində və s. olan elmi dərnəklərin  heç birinin faliyyəti yoxdur.

M. Vəliyev təhsil şöbəsinin  işçilərinin adına ezamiyyələr yazdıraraq alınan vəsaiti mənimsəyir.

 

M. Vəliyev fiziki qüsurlu uşaqlar üçün ayrılmış dərs saatlarını əlbir olduğu məktəb direktorları vasitəsilə direktorlara qohum olan müəllimlərin adına yazmaqla pulunu mənimsəyirlər. Qanunda nəzərdə tutulmuş qaydada əlil uşaqlara dərs keçirilmir. Həmin əlil uşaqları özləri üçün gəlir mənbəyinə çeviriblər. Bu uşaqlar arasında sorğu keçirilsə, uşaqlar onlara dərs keçəsi müəllimləri tanımadıqları aşkar olar. Hətta bir çox hallarda sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ- gələ  saxta sənədlər düzəldərək ,fərdi dərs saatları  yazaraq dövlət büdcəsini talan edirlər.

 M.Vəliyev Təhsil Şöbəsini bazara çevrib, beləki o latın əlifbasını bilməyən məhdud hərbi xidmətə yararlı olan, hərbi xidmət keçmiş şəxslərdən küllü miqdarda rüşət alaraq daxili əmrlə hərbi hazırlıq müəllimi təyin edir.

M.Vəliyev vərəm,şəkərli diyabet və  hepatit C  xəstəlikləri ilə pensiya alan müəllimlərə 36-48 saat dərs tədris etdirir, əvəzində aylıq hesab alır.

M. Vəliyev Təhsil Şöbəsindəki vakansiyaları Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə Komsiyadan gizlədərək Müsabiqəyə vermir yüksək məbləğdə rüşvət alaraq satır.M.Vəliyev Laçın rayon idarə və müəssə rəhbərlərindən yüksək məbləğdə rüşvət alaraq övladlarını Təhsil şöbəsində vəzifəyə təyin edib.

M.Vəliyevin  verdiyi Əmirlər(müəllimlərin yerdəyişməsi və müəllimlərin işə qəbul musabiqəsindən keçməyən namizədlərin işə qəbulu) araşdırılsa  Küllü miqdarda rüşvət aldığı yoxlanılsa aşkar olar.

 M. Vəliyevin əsas gəlir mənbələrindən biri də kağız üzərində mövcud olan məktəblərdir. Məsələn: Gəncə şəhərində və İsmayıllı rayonunda “saxladığı” doqquzillik məktəblər məhz bu qəbildən olan müəssisələrdir

M. Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayonun 100-dən çox məktəbində monopoliya yaradıb. M.Vəliyev Laçın RTŞ-yə müdir təyin edildikdən sonra məktəbin müəlliməsinə qarşı əxlaqsız hərəkətlər törətdiyinə görə rayonun 45 saylı tam orta məktəbin direktorluğundan azad edilmiş bibisioğlu  İbadov Fizulini yenidən rayonun 13 saylı tam orta məktəbinə direktor təyin etdib. İstər ciddi qanun pozuntularına yol vermiş istərsədə digər səbəblərdən məktəb direktorları tutduqları vəzifədən azad olunmaq məcburiyyəti yarandıqda M.Vəliyev aldığı rüşvət qarşısında aciz qalaraq həmin məktəb direktorunun yerinə ya həyat yoldaşını yada həmin ailənin digər bir üzvünü direktor təyin edir.

Məsələn: Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Qozlu tam orta məktəbinin direktoru Səfərov Rəhman məktəbdə yol verdiyi ciddi qanun pozuntularına görə Təhsil naziri Mikayıl Сabbarov tərəfindən işdən çıxarılmasına baxmayaraq M.Vəliyev yüksək məbləğdə  rüşvət alaraq direktor vəzifəsinə gəlinini  təyin etmişdir. rayon məktəblərinin əksəriyyətində məktəb direktoru və direktor müavini ər arvad işləyir ki, bu hallarda ciddi qanun pozuntusudur.

Rayonun 13 saylı məktəbinin  direktoru (Laçın RTŞ-nin müdri M.Vəliyevin bibisioğlu) Fizuli İbadov 2013-2014-cü tədris ilində Rusiyaya getmiş Təhminə Məmmədovanı işdən azad etməyib,  onun adına dərs saatı yazdıraraq, əmək haqqısını M.Vəliyev ilə birlikdə mənimsəyiblər. Təhminə Məmmədova  Rusiyaya gedərək orada bir müddət yaşayıb. Yalnız 18 aydan sonra geri dönüb.Ərazidə yaşamayan müəllimlərin adına əməkhaqqı yazıb mənimsəmə hallarına rayonun bir çox məktəblərində rast gəlmək olar.

Məsələn: M.Vəliyev Goranboy rayonunda yaşayan müəllimin adına Bakı Yasamal rayonu Rabitə Kollecinin yataqxanasında yerləşən 35 № -li tam orta məktəbdə dərs saatları yazdıraraq pulunu mənimsəyir. Araşdırılma aparılsa Laçın rayon Təhsil Şöbəsində yüzlərcə belə fakt aşgarlanar.

 

Ağcabədi rayon Taxtakörpü ərazisində Laçın obalarında yerləşən 30-dan çox məktəblərin cari və əsaslı təmirinə ayrılmış pulu, məktəblərin istilik sisteminə ayrılmış yanacaq pulu və satınalmalar üçün ayrılmış 100 000(yüz min) manatlarla vəsaiti M.Vəliyev Laçın rayon Maliyyə şöbəsi ilə əlbir olaraq saxta sənədlər düzəltməklə mənimsəyiblər.

Təhsil Nazirliyi tərəfindən rayon Təhsil Şöbəsinə verilən dərs vəsaitləri və məktəbli ləvazimatları M. Vəliyevin rəhbərliyi altında satılır.Laçın rayon ümumtəhsil orta məktəblərinin jurnal, tarifkassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi aşkar olar.M.Vəliyev dərs saatlarını alver  predmentine çevrib.Beləki direktorlara qohum olan müəllimlər rüşvət  verərək  iki məktəbdə  formal olaraq adına 36-48 dərs saatı yazdıraraq dövlət büdcəsini qeyri- qanuni talan edirlər.

M.Vəliyev hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri vermir və müsabiqədə uğur qazanmayan namizədlərə qeyri-qanuni olaraq  satır.

Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamdan öz şəxsi mənafeyi üçün istifadə etdiyi halda M. Vəliyev hansı tədrisdən danışa bilər? Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. Lakin M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim və psixoloq işlədir.

M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edir. M. Vəliyev hər il qeyri-qanuni məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub sinif komplektlərini süni surətdə artıraraq satır.

Ağcabədi rayon Taxta körpü ərazisində kənd icra nümayəndəsi işləyən dövlət qulluqçularının adına Bakı şəhəri ərazisində yerləşən LRTŞ-nə məxsus məktəblərində 12 saat dərs yükü yazaraq, əmək haqqı adı altında alınan vəsaiti qarşılıqlı mənimsəyirlər. Məsələn: Laçın rayon 35 saylı tam orta məktəbi buna əyani faktdır.

 M. Vəliyevin əsas gəlir mənbələrindən biri də fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın yazılıb mənimsənilməsi.

 

M.Vəliyev hər dərs ilində rayon məktəblərinin hesabatlarını qəbul edərkən sinif komplektlərinin sayından asılı olaraq(siniflərin sayı artdıqca rüşvətin məbləği də artır) bütün məktəb direktorlarından rüşvət yığır. Korrupsiyanın tüğyan elədiyi Təhsil Şöbəsində elə məktəblər var ki, qapısı aylarla açılmır. Bir çox məktəblərin müəllim və şagirdləri bir birini tanımırlar.M.Vəliyev riyaziyyat, kimya, fizika  və coğrafiya fənnləri bir çox məktəblərdə farmal olaraq fizziki tərbiyyə və ibtidai sinif  müəllimlərinə “tədris” etdirilir və əvəzində Məktəblərdən aylıq rüşvət  yığılır. Nəticədə təlimin və tədrisin keyfiyyəti  aşağı düşür.

M. Vəliyev Təhsil Şöbəsində işləyən metodis və məsləhətçilərin adına ayrı- ayrı  məktəblərdə 12 saat dərs yükü yazaraq, əmək haqqı adı altında alınan vəsaiti qarşılıqlı mənimsəyirlər.

M. Vəliyev müəllim və pedeqoji işçılərinin əməkhaqqısından tutulmuş pullar hesabına Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Həmkarlar Təşkilatının büdcəsinə yığılmış pulları əlbir olduğu müəllimlərin adına yazdıraraq mənimsəyir.

M.Vəliyev Laçın RTŞ-nin müdiri işlədiyi dövrdə müəllimlərin əmək haqqı tariflərini aldığı rüşvətə görə müəyyən etdirir. Hətta dəniz səviyyəsindən yüksəkliyə görə əmək haqqıya əlavə olunan

20-30% -də M.Vəliyevin müəyyən etdiyi miqdarda rüşvət verməklə Bir çox müəllimlər yaşından və Laçın Rayonu ermənilər tərəfindən işğal edilənədək heç bir yerdə işləməməsindən asılı olmayaraq yüksəklik ödənişi şamil edilir.

 Malik Vəliyevin  təhsil şöbəsində yol verdiyi korrupsiya faktları və  məmur özbaşnalığı haqqında   Laçın rayon vətəndaşları tərəfindən təhsil naziri Mikayıl Cabbarova ünvanlanan mindən çox şikayət və ərizələri  təhsil  nazirliyinin  daxili nəzarət şöbəsi üst bastır  edib.

Cənab Prezident  inanıram ki, göstərdiyim faktların araşdırılmasına, Təhsil şöbəsinin korrupsiya girdabından xilas olunmasına və M.Vəliyevin Korrupsiya əməllərinin durdurulmasına dair aidiyati orqanlara lazımı göstərişlər verəcəksiniz.

M. Vəliyev deyir Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsində həm yerlim var əliniz hara çatır müracət edin.idarənin rəisi Kamran Əliyevdən xahiş edirəm yazdığım korrupsiya faktları öz rəhbərliyi altında yoxlanılsın.araşdırlma aparılsa yazdığım korrupsiya faktları Laçın rayon Təhsil şöbəsində mövcüd olan korrupsiya faktlarının 10 faizi olmadığı aşkar olar.

M.Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi korrupsiya faktları və məmur özbaşınalıqları haqqında Cənab prezidentə və aidiyyatı dövlət orqanlarına edilən müracətlər baxılması üçün aidiyyatı üzrə Laçın rayon icra hakimyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə işşöbəsinə  göndərilsədə, şöbə müdri Eldəniz  Qasımov tərəfindən üst bastır edilir.E.Qasımov   Laçın rayon xeyriyyə fondundan küllü miqdarda dövlət vəsaitini yaxın qohumlarının adına yazaraq mənimsədiyinə görə,LRİH-inin sabiq icra başçısı tərəfindən  işdən çıxarılsada,yenidən həmin vəzifəni tutmağı bacarmışdı.Laçın rayon Xeyriyyə fondu E.Qasımova Xidmət edir.Beləki fondan küllü miqdarda pulu  qohumlarının və dos tanışının adına yazaraq dövlət büdcəsin talayır.

 

 

Cənab Prezidentə və aidiyati Dövlət orqanlarına Malik Vəliyevin Təhsil şöbəsində yol verdiyi korrupsiya faktları  haqqinda etdyim müracətləri görə M.Vəliyev məni və ailə üzvlərmi Laçın rayon Prokuroru  və Laçı rayon Məkəməsi ilə hədələyir.Cənab Prezident, Hörmətli Mehriban xanım sizdən  acizyanə xahiş edirem mənim və ailə üzvlərmin Respublikanın başqa bir rayonuna köçüb qeydiyyata düşməymizə köməkdarlıq edəsiniz.M.Vəliyev məni və ailə üzvlərmi şər böhtan ataraq həps edirəcəyi ilə hədələyir Adiyati orqanlardan xahiş edrik təhlükəsizliyimiz təmin olusun.

 

 

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam