Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xırdalanda müəllimlərə qızıl hədiyyə edilməsi barədə RƏSMİ AÇIQLAMA -VİDEO

Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 9 saylı məktəbin birinci sinif şagirdlərinin valideynlərinin “Əlifba bayramı”nda müəllimə qızıl qolbaq hədiyyə etməsi barədə yayılan görüntülərə münasibət bildirib.

Yenixeber.org: İdarədən sorğumuza cavab olaraq məsələ ilə bağlı araşdırmanın davam etdirildiyi bildirilib:

“İlkin məlumat belədir ki, həmin hədiyyə sırf valideynlərin istəyi əsasında verilib. Bu hadisə dərsdən kənar vaxtda olub. Bundan məktəb rəhbərliyi və müəllim xəbərdar olmayıb. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun özlərinin istəyi ilə olduğu və müəllimin günahının olmadığını bildiriblər”.

Qeyd edək ki, Xırdalan şəhəri 1 və 9 saylı məktəbdə valideynlər müəllimə qızıl qolbaq, sırğa, üzük hədiyyə ediblər.

Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə səbəb olub. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.(oxu.az)

https://www.youtube.com/watch?v=X4-y-6s_fFw

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam