Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Jurnalist Ellada Mustafayeva vəfat edib

 

Təəssüf hissi ilə bildiririk ki, Akademiyamızın idman jurnalistikası magistr proqramının sabiq meneceri Ellada Mustafayeva 35 yaşında vəfat edib. 

Yenixeber.org: Ellada Mustafayeva Qafqaz regionunda tədrisi ingilis dilində aparılan ilk İdman Jurnalistikası Magistr Proqramının sabiq meneceri, PR, marketinq və idman jurnalistikası üzrə Türkiyə, Almaniya İngiltərə və Amerikada bir sıra təlim-tədris proqramların məzunu idi. O, Böyük Britaniyanın Şefild Halam Universiteti ilə əməkdaşlıq çərçivəsində dünyaca məşhur media mütəxəssisi Den Meyson ilə birgə çalışıb, “İdman jurnalistikası” magistr proqramının təsis edilməsində böyük rol oynayıb. 

E.Mustafayeva Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika ixtisası üzrə bakalavr, magistr dərəcələrini bitirib. Uzun müddət Azərbaycanda İKT, yeni media və PR sahələrində fəaliyyət göstərmiş və bu sahələrin inkişafına töhvələr verib. Azərbaycan Mətbuat Şurası, NRYTN yanında Elektron Təhlükəsizlik Xidmətində PR və media əlaqələndirmə üzrə departament və sektor müdiri vəzifələrində çalışıb. 2020-2022-ci illərdə Azərbaycan İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin üzvü olub. 

İşgüzar fəaliyyətlə yanaşı pedoqoji fəaliyyəti da olub. Belə ki, BDU-nun Jurnalistika fakültəsində, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ingilis dilli İdman Jurnalistikası magistr proqramında media fənnləri üzrə dərs deyib. Bundan əlavə yeni media, sosial mediada marketinq və PR mövzularında müstəqil təlimçi idi.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından Ellada Mustafayevaya Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam