Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Goranboyda şagird geyiminə görə təhqir olunaraq, məktəbdən qovulub: -“Yoxundur, get, nənənin tumanını geyin, gəl”

 

Goranboy rayonunun Səfikürd kənd orta məktəbində biabırçılıq yaşanıb. Biabırçılıq isə kəndin orta məktəbində təhsil alan 12 yaşlı qızın geyiminə görə, məktəbdən uzaqlaşdırmaq, habelə ona psxiloji təzyiq edilib.

Yenixeber.org: Bu barədə həmin kəndin sakini Elvin Turan sosial şəbəkələrdəki hesabında yazıb. O bildirib ki, hadisə dünən onun doğulduğu kənddə baş verib. “Goranboy rayonu Səfikürd kənd orta məktəbində 12 yaşında qız uşağı (qohum ailədəndir) məktəb rəhbərliyi tərəfindən dərsdən kənarlaşdıralaraq, yaşının qaldıramayacağı formada psixoloji təzyiqə və təhqirə məruz qalıb. Uşağın məktəbli geyimi hal hazırda geyinmək üçün yararsız olduğuna görə, ətək əvəzinə şalvar geyinirmiş. Məktəb rəhbərliyi tərəfindən “niyə ətək geyinməmisən” sualına, “yoxumdur” deyə cavab verib. Uşağa deyilib ki, “yoxundu get qonşudan al, geyin, ya da nənənin “ştanını” geyin gəl”. Uşaq qanunsuz formada dərsdən çıxarılaraq , evə göndərilib”.
Elvin Turan bildirir ki, uşağın valideyini məktəb direktoruna zəng edərək, “imkanım yoxdu, maaş alanda uşağa yeni geyim alaram, niyə belə biabırçılıq edirsiniz” sualına isə direktor Lamiyə Abışova “mənim sözümdü, mən belə demişəm. Get, uşağına ətək alarsan, sonra uşağın məktəbə gələr” cavabını verib. “Məktəblə əlaqə saxlayıb, bunun qanunsuz və qeyri insani rəftar olduğunu deməyimə, məsələni qaydasına salmağ cəhdimədə baxmayaraq, əlahəzrət direktor xanım bu gün yenə uşağı dərsə buraxmayıb. Görəsən o məktəbdə insan hüququ, uşaq hüququ, uşaq psixolojisi nədir, necə rəftat eləmək lazımdır deyə bilən var, yoxsa hamı direktor xanım kimi bu mətləblərdən xəbərsizdi?”
O, Təhsil Nazirliyindən məsələ ilə bağlı tədbir görməsini tələb edib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam