Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Cəlilabadda məktəbin bir hissəsi uçub-FOTO

                   Cəlilabad rayonunda orta məktəb binasında uçqun baş verib.

Yenixeber.org: Hadisə rayonun Musalı kənd məktəbində qeydə alınıb.

Belə ki, son günlər yağan intensiv yağış və qar səbəbindən orta məktəbin sinif kimi istifadə olunan dəhlizinin divar və döşəməsinin bir hissəsi uçub.

Xoşbəxtlikdən uçqun dərs zamanı olmayıb və buna görə də xəsarət alan yoxdur.

Uçqun səbəbindən orta məktəbdə tədris tamamilə dayandırılıb. Şagirdlərin qonşu kənddə yerləşən Zəhmətabad kənd orta məktəbində tədrisə cəlb olunması təmin olunub.

Bundan əlavə, Zəhmətabad kən orta məktəbində yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində yerləşən evlərin birində təşkil edilib.

Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.

Uçqundan əvvəl təhsil müəssisəsində təhsil alanların sayı 196 nəfər təşkil edib. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən şagirdlərin hamısı burada tədrisə cəlb olunmayıb.

Belə ki, I və IV sinif şagirdləri bu məktəbdə, yuxarı sinif şagirdləri isə qonşu Zəhmətabad kənd orta məktəbində təhsil almağa başlayıblar.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam