Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Təhsil naziri -intihar edən müəllimdən yazdı

Təhsil naziri intihar edən müəllimdən yazdı

Təhsil naziri Emin Əmrullayev facebook səhifəsində sentyabrın 16-da intihar edən Bakı şəhəri 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi barədə yazıb. 

Yenixeber.org: Nazir bildirib ki, sentyabrın 16-da Bakı şəhəri 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın intihar etməsi xəbəri Təhsil Nazirliyi, eləcə də bütün təhsil ictimaiyyəti tərəfindən dərin narahatlıq və kədər hissi ilə qarşılanıb.

Onun sözlərinə görə, müxtəlif media orqanlarında mərhum müəllim haqqında qeyri-dəqiq və yoxlanılmamış məlumatların təqdim edilməsi böyük təəssüf doğurur:

"Bununla bağlı Təhsil Nazirliyi olaraq bildiririk ki, mərhum Naidə İsayeva çalışdığı məktəbdə hər kəs tərəfindən mədəni, savadlı və zəhmətkeş təhsil işçisi kimi tanınıb. O, Bakı Humanitar Kollecini ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirdikdən sonra 2016-cı ildən Bakı şəhəri 92 nömrəli tam orta məktəbdə müəllim kimi işləməyə başlayıb. 2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 51 bal toplayıb və Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlayıb. Naidə xanım çalışdığı kollektivin xatirəsində hər zaman dəyərli təhsil işçisi olaraq qalacaq. Təhsil Nazirliyi bir daha Naidə İsayevanın vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam