Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir Ağdam rayonu 89 nömrəli məktəbin direktoruna töhmət verdi – Müavinini işdən çıxardı

 

modern.az_1_213

Təhsil naziri Ceyhun Bayramov daha bir məktəb direktoruna töhmət verib.

Yenixeber.org: Təhsil Nazirliyindən bildirilib ki, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovanın qanunsuz əməlləri barədə Təhsil Nazirliyinə daxil olmuş elektron müraciətlər əsasında yerində araşdırma aparılıb.

Araşdırma nəticəsində məktəb binasının qəzalı vəziyyətdə olması ilə bağlı Abşeron rayonu, Höküməli qəsəbəsi, Koroğlu küçəsində fərdi sahibkara məxsus binanın qeyri-rəsmi icarəyə götürüldüyü və icarə haqqının müəllim kollektivindən yığılaraq sahibkara ödənildiyi, məktəbin təsərrüfat işləri üzrə direktor müavininin işə qəbulu zamanı qanunvericiliyin tələblərinin pozulduğu, şagirdlərin yerdəyişməsi və sinifdən-sinfə keçirilməsi qaydalarına riayət edilmədiyi məlum olub.

Müvafiq məsələ ilə bağlı Təhsil nazirinin əmrinə əsasən məktəb direktoru Nərgiz Zeynalovaya əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Fuad Zeynalov isə tutduğu vəzifədən azad edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam