Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Mikayıl Cabbarovdan sərt cəzalar

 

 

                              Nazir şiddətli töhmətlər verdi, işdən çıxardı

 

"Xeberinfo.com": Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarovun Goranboy rayonunda qəbulu keçirilib.
Nazirlikdən əldə etdiyimiz məlumata görə, qəbul zamanı təhsil müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı daxil olmuş bir sıra müraciətlər operativ araşdırılıb və müvafiq tədbirlər görülüb.
Belə ki, dövlət qulluqçusunun vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevə, Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynova, Samux RTŞ-ın baş mühasibi Ərəmxan Məmmədova töhmət verilib. 
  Həmçinin, Samux rayonu Sərkar kənd tam orta məktəbin direktoru Esmira Həsənova üzərinə düşən öhdəlik və vəzifə funksiyalarını kobud şəkildə pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. 
   Göygöl rayonu Əlimədədli kənd ümumi orta məktəbin direktoru Abduşükür Mustafayev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbinin müəllimi Zabitə Zeynalovanın əmək hüquqlarını pozduğuna görə, təhsil müəssisəsinin direktoru Ulduz Mayılovaya töhmət verilib.
   Göygöl rayonu 4 nömrəli tam orta məktəbdə nöqsanlar aşkar olunduğuna görə, direktor Aişə İsgəndərovaya, direktor müavinləri Sabir Qafarova və Durna Quliyevaya RTŞ tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
  Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərinin bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam