Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycana vərəm əleyhinə -5 130 qutu dərman preparatı gətirilib

Azərbaycana vərəm əleyhinə 5 130 qutu dərman preparatı gətirilib

Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) koronavirus pandemiyası dövründə Azərbaycanın tibbi təchizat sisteminin daha da gücləndirilməsi istiqamətində birgə əməkdaşlığını davam etdirir.

Yenixeber.org: BMTİP-dən verilən məlumata görə, vərəmə yoluxan şəxslərin müalicəsi üçün yeni dərman vasitələri satın alınıb və ölkənin İnnovasiya və Təchizat Mərkəzinə təhvil verilib.

Budəfəki çatdırılmada dərmana həssas və dərmana davamlı vərəm pasiyentlərinin müalicəsi üçün 5 130 qutu dərman preparatı BMTİP vasitəsilə ölkəyə gətirilib.

Sözügedən dərmanlar, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində satın alınıb. Layihənin məqsədi ölkədə həyati əhəmiyyətli dərman vasitələrinin satınalınması prosesinin inkişafına yardım etməkdir. Layihə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.

Bu günə qədər layihə Azərbaycanda 7 300-ə yaxın vərəm xəstəliyi olan şəxslərin müalicəsi üçün dərmanların satınalınmasına dəstək olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam