Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb

Həmin dərmanlar ötən il ərzində geri çağırılıb.

Yenixeber.org: Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin "Thiogamma®Turbo" infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Mərkəzdən deyilib ki, həmin dərmanlar ötən il ərzində geri çağırılıb.

Dərmanlar flakonlarda sızma ilə əlaqədar sterilliyin və apirogenliyin pozulması riski əsas götürülərək geri çağırılıb.

2018-ci ilin ikinci yarımilliyi ərzində Mərkəzin Farmakonəzarət sektoru tərəfindən dərman vasitələrinin təhlükəsizliyi üzrə alınmış siqnalların risk-fayda nisbətlərinin araşdırılması nəticəsində Çinin "Zhejiang Huahai Pharmaceuticals" şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında kanserogen xüsusiyyətlərə malik olan "N-nitrosodimethylamine" (NDMA) maddəsi tapıldığından həmin substansiyadan istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri geri çağrılıb. Bu siqnal üzrə araşdırmaların davam etdiyi müddətdə həmin dərman vasitələrinin ölkəyə idxalı, topdan və pərakəndə satışı qadağan edilib.

2018-ci ilin ikinci yarımilliyi ərzində Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi tərəfindən mərkəzin laboratoriyasına yönləndirilmiş 16270 sayda (il ərzində 31886 sayda) dərman vasitəsinin analizi aparılaraq müvafiq rəylər verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam