Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nizami rayonunda -reydlər davam edir

Nizami rayonunda koronavirus pandemiyası ilə əlaqədar fəaliyyətinə icazə verilən obyektlərdə reydlər aparılır.

Yenixeber.org: Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən müvafiq qərar və sərəncamların icrasına nəzarəti gücləndirmək məqsədilə 08 iyul 2020-ci il tarixində Nizami rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov Rayon İcra Hakimiyyətində yaradılan Operativ  Qərargah üzvləri ilə birgə növbəti reydlər aparıblar.

Rayon ərazisində fəaliyyət göstərən marketlərdə, fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, kənd təsərrüfatı məhsullarının satışı bazarında, eləcə də istirahət parklarında aparılan reydlər zamanı sanitar-gigiyenik qaydalara ciddi əməl olunması, sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə edilməsinin vacibliyi barədə bir daha xəbərdarlıq edilib, reydlərin mütəmadi olaraq davam etdiriləcəyi, tələblərə əməl olunmayan obyektlərin sahibləri barədə qanunamüvafiq  tədbirlərin görüləcəyi bildirilib.

Bundan əlavə, rayon ərazisində mobil qruplar tərəfindən də mütəmadi reydlər keçirilir və vətəndaşlarla maarifləndirmə işləri aparılır, sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı çağırışlar olunur.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam