TƏBİB-in "pandemiya fasiləsi" yüzlərlə xəstəni çətin vəziyyətə salıb - Musa Quliyev isə susur...

"Pandemiya səbəbindən səhiyyə sektorunda bir sıra layihələrin icrası təxirə salınıb. Bu ildən icbari tibbi sığortanın ölkə ərazisində mərhələli şəkildə tətbiqi nəzərdə tutulmuşdu. Amma eyni səbədən reallaşmadı və 2021-ci ilə keçirildi. Əlillik dərəcələrinin verilməsində yaranan fasilə də bilavasitə pandemiya ilə bağlıdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əsas fəaliyyətini virusun vətəndaşlarımza təsirini lokallaşdırmağa yönəldib. Bu üzdən bir sıra islahatların və tədbirlərin növbəti ilə keçirilməsi qərarlaşdırılıb".
Yenixeber.org: Bunu açıqlamasında deputat Vüqar Bayramov TƏBİB-in dializ, onkoloji və s. xəstələrəəlillik dərəclərinin verilməsi ilə bağlı müraciətləri dayandırmasını şərh edərkən bildirib.
Xatırladaq ki, adıçəkilə qurumun rəhbəri Ramil Bayramlının əmri ilə mart ayından etibarən əlillik dərəcələri ilə bağlı müraciətlərin qəbulu və Əmək və Əhalinin Sosial Nüdafiəsi Nazirliyinə yönləndirilməsi dayandırılıb.
Qurumdan bildirilib ki, müraciətlərin nə zaman bərpası məlum deyil, əmrin icra müddətində "qeyri-müəyyən vaxta qədər" göstərilib.

Parlamentin Sosial Siyasət Komitəsinin rəhbəri Musa Quliyev isə bu barədə açıqlama verməkdən imtina edib. Problemlə bağlı sualları ünvanlasaq da, deputat onları cavablandırmayıb. Halbuki, yüzlərlə dializ, onkoloji və s. ağır xəstəliklər səbəbindən əlil omuş vətəndaşların düşdüyü çətin vəziyyəti hökumət qurumları ilə müzakirə etmək bilavasitə Musa Quliyevin məsuliyyətidir. Komitə sədri isə yumşaq desək, vətəndaşların düşdüyü duruma qarşı etinasız münasibət göstərib.
Xatırladaq ki, saytımıza müraciət edən xəstələr çətin maddi vəziyyətdə olduqlarını, hökumət qurumlarından heç bir dəstək almadıqlarını bildiriblər. Onların əksəriyyəti əmək qabiliyyətini itirməklə yanaşı müxtəlif bəhanələrlə dövlətin verdiyi 190 manat birdəfəlik yardımdan da kənarda saxlanılıblar. (AzPolitika)