Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Vyetnamdan Azərbaycana - tibbi maskalar göndərildi

Vyetnamdan Azərbaycana tibbi maskalar göndərildi
Milli Məclisdə Vyetnam Milli Assambleyasının sədri Nquyen Txi Kim Nqan tərəfindən göndərilmiş tibbi maskaların təqdimat mərasimi oldu.
Yenixeber.org: Milli Məclisdən verilən məlumata görə, mərasimdə Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Eldar Səlimov bildirdi ki, Azərbaycanla Vyetnam arasında zəngin tarixi köklərə əsaslanan dostluq əlaqələri mövcuddur. Müasir dövrdə iki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan hökumətlərarası sazişlər, Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyinin və parlamentlərarası dostluq qruplarının fəaliyyətləri səmərəli əməkdaşlığa təkan verib.

XİN təmsilçisi qeyd etdi ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasına qarşı Azərbaycanda olduğu kimi, Vyetnamda da mübarizə aparılır, gərəkli addımlar atılır. Bu baxımdan dost ölkədə əldə olunan nəticələr bizi sevindirir. Vyetnam Milli Assambleyası tərəfindən Azərbaycan Milli Məclisinə tibbi maskaların təqdim edilməsi tərəfimizdən yüksək qiymətləndirilir.



Sonra görüşdə Milli Məclisin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli çıxış etdi. Koronavirus pandemiyasının dünyanın bütün ölkələrinə, insanlara vurduğu ziyandan danışdı. Bu infeksiyaya qarşı mübarizədə bütün ölkələrin öz səylərini birləşdirməsinin səmərəli nəticələr verdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına və bir sıra ölkələrə pandemiya ilə mübarizədə öz töhfəsini verib.

İşçi qrupun rəhbəri dedi ki, qarşılıqlı əməkdaşlıq kontekstində Vyetnamla Azərbaycan arasında olan münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ekstremal şəraitdə Vyetnam parlamentinin Azərbaycan parlamentinə 20 min tibbi maska göndərməsi bunun bariz nümunəsidir.

Deputat qeyd etdi ki, hələ sovet dövründə minlərlə vyetnamlı gənc Azərbaycanın ali məktəblərində təhsil alıb. Onlardan bir çoxu hazırda Vyetnamda yüksək postları, məsul vəzifələri tuturlar, Milli Assambleyanın deputatı olanlar var. Həmin şəxslər Azərbaycanın məzunu kimi ölkəmizlə daim səmimi dostluq əlaqələri saxlayırlar. Azərbaycan parlamentinin 100 illik yubileyində də Vyetnam parlamenti böyük nümayəndə heyəti ilə iştirak etdi.

Çıxışını yekunlaşdıran Əli Məsimli Azərbaycan-Vyetnam parlamentlərarsı əlaqələr üzrə işçi qrupu adından 20 min tibbi maskanın Azərbaycana göndərilməsinin təşəbbüskarı olan Vyetnam Milli Assambleyasının rəhbərliyinə təşəkkürünü bildirdi.

Təqdimat mərasiminin yekununda Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov Vyetnam parlamentarlarının dost köməyinə, maskaların təqdimatına görə təşəkkür etdi. Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın imzaladığı təşəkkür məktubunu Vyetnam Sosialist Respublikası Milli Assambleyasına çatdırılması üçün XİN nümayəndələrinə təqdim etdi.

İlkin Məmmədov bildirdi ki, Milli Məclisin Sədri bu dəstək addımını COVID-19 pandemiyası ilə qlobal miqyasda mübarizə aparıldığı dövrdə Azərbaycan və Vyetnam xalqları arasında olan dostluğun və həmrəyliyin nümayişi kimi qiymətləndirib və vyetnamlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

Təqdimat mərasimində Xarici İşlər Nazirliyinin Asiya idarəsinin Cənub-şərqi Asiya, Avstraliya və Okeaniya şöbəsinin müdiri Vasif Abutalıbov iştirak edirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam