Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vyetnam-Azərbaycan Dostluq Forumu keçirilib

 

Vyetnam-Azərbaycan Dostluq Forumu keçirilib

 

 

Vyetnamın Vunq Tau şəhərində Vyetnam-Azərbaycan Dostluq Forumu keçirilib.

 

Yenixeber.org: Azərbaycanın Vyetnamdakı səfirliyindən verilən məlumata görə, Vyetnam–Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Vyetnamdakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən Forum Vyetnam-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr olunub.

 

Tədbirdə Vyetnam hökumətinin, prezident ofisinin, kommunist partiyasının, parlamentinin və digər dövlət qurumlarının, “PetroVyetnam”, “VietsovPetro”, “PetroLimeks” kimi böyük şirkətlərin nümayəndələri, bu qurumlarda çalışan Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları, eləcə də Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və digərləri iştirak edib.

 

Vyetnam parlamentinin üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nghiem Vu Khai Azərbaycanın universitet, institut və texnikumlarını dörd mindən çox vyetnamlı məzunun bitirdiyini, onların Vyetnamın özəl və dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını bildirib.  

 

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov isə II Vyetnam-Azərbaycan Dostluq Forumunun Vunq Tau şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, bu şəhərdə yüzlərlə azərbaycanlı mütəxəssisin vyetnamlı həmkarları ilə çiyin-çiyinə çalışdıqlarını, bu ölkənin neft sənayesinin inkişaf etdirilməsi üçün böyük fədakarlıqlar göstərdiklərini vurğulayıb. Səfir Azərbaycanın Vyetnamla bütün sahələr üzrə əməkdaşlığın inkişafına önəm verdiyini əlavə edib.

 

Tədbirdə həmçinin F. Qurbanov, A. Məhərrəmov və M. Babanlı çıxış edib.

 

F. Qurbanov Azərbaycanla Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Vyetnam Prezidenti Ofisinin Beynəlxalq Əlaqələr Departamentinin baş direktoru xanım Nguyen Vu Ha Lenin və Vyetnam parlamentinin üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri  Nghiem Vu Khaiyin Azərbaycanın “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib və medalları onlara təqdim edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam