Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“AZƏRBAYCANDAKI SİSTEM RUSİYANIN SƏHİYYƏ SİSTEMİNDƏN DAHA BETƏRDİR” –"Bloomberg"-in COVID-19 rəyi

Klara Ferreyra Markes

“Bloomberg”, 19.05.2020

 

Yenixeber.org: Bu, prezident Vladimir Putin üçün koronavirus cədvəlində sürətli yüksəliş olub. Mart ayının əvvəlində yalnız bir ovuc COVID-19 xəstəsi olduğu halda, hazırda Rusiyada xəstələrin sayı 290 mindən çoxdur və yeni infeksiyaya yoluxma sayında o, yalnız ABŞ-dan geri qalaraq ikinci yeri tutur.

Az sayda hökumət epidemiya ilə mübarizədə uğur qazanıb. Xəstəliyin sürətlə yayılması pis maliyyələşdirmədən, natamam islahatlardan əziyyət çəkən Rusiya səhiyyə sistemini çılpaqlaşdırıb. İndi o, dərman və tibbi avadanlıqların idxalını yerli istehsalla əvəz etmək üçün səhv bir cəhd göstərir. Amma pis xəbərləri sevməyən və dezinformasiya ilə dost olan avtoritar rejimə bu kömək etməyib.

Tarix bu məsələdə çox vacibdir. Sovet dövründə səhiyyə xidməti hər kəs üçün pulsuz olsa da, heç vaxt prioritet deyildi. Keyfiyyət aşağı və xidmət səmərəsiz idi, daim pul çatışmazlığı vardı.

Təhrif olunmuş təşviqlər xəstəxana çarpayılarının çoxalması və xəstələr üçün həddindən artıq uzun müalicə ilə nəticələndi. Əksəriyyəti qadın olan həkimlər yaxşı maaş almır və aşağı statuslu dövlət qulluqçuları sayılırdılar.

Neft pullarını cəlb etməklə, Putin sistemdə islahatlar aparmağa başlayıb. Xidmətləri əlçatan etmək, ilkin tibbi yardım göstərən həkimlərin sayını və maaşını, habelə hazırlığını inkişaf etdirmək üçün ötən illər boyu bir sıra proqramlar həyata keçirilib.

Rusiyada əhalinin azalması ilə millətçi Putini narahat etməyə başlayan yeni doğulmuşların sağlamlığının yaxşılaşdırılması və ürək-damar xəstəlikləri, ifrat alkoqol istifadəsi və siqaret çəkmə ilə mübarizə zamanı erkən ölüm hallarının azaldılmasına diqqət artırılıb.

Sovet İttifaqından sonrakı səhiyyə islahatlarını araşdıran Virciniya Birlik Universitetinin professoru Cudi Tviqq iddia edir ki, bunların heç biri səmərəli olmayıb. Ölüm nisbəti həqiqətən yaxşılaşıb. Təəssüf ki, Tviqqin qeyd etdiyi kimi, bir çox islahatlar planlaşdırıldığı kimi həyata keçirilməyib. Keyfiyyətsiz klinikalar sıradan çıxarılsa və xəstəxana sayı 2000-2015-ci illər arasında iki dəfə azalsa da, alternativ xidmət həmişə təmin edilməyib və ilkin tibbi yardım zəif olaraq qalıb.

Bu arada, yeni texnologiyanın alınması korrupsiyaya yol açıb. “Bloomberg”-in 2018-ci il təhlilinə görə, Rusiya hələ də dünyanın ən təsirsiz səhiyyə sistemlərindən birinə sahibdir. Yalnız ABŞ, Azərbaycan və Bolqarıstanda sistem daha betərdir.

Koronavirus böhranı keçmiş səhvlərlə qurbanları xatırladır.

Aydındır ki, Rusiyanın ilk müdafiə xətti özünü doğrultmayıb. Hökumət beynəlxalq təhlükəni tez sezib və yanvar ayında Çinlə sərhədi bağlamağa tələsib, ancaq daxili infeksiya riskini qiymətləndirməkdə ləngiyib. O, kəskinləşmə ilə əlaqəli açıq bir problemi uzun müddət təkzib edib, ən azı həkimlər və yerli hakimiyyət orqanları pis xəbərlərin yayımlanmasından ehtiyatlanıblar.

Moskva digər ölkələrin koronavirus səyləri haqqında dezinformasiya yayıb, lakin öz içindəki vəziyyətə az əhəmiyyət verib. Daha diqqətli olmaq, hətta əksərən saxta mənfi cavablar meydana gətirən erkən COVID-19 testlərini nəzərə alsaq, problemi görməməzliyə vurub.

Sonra tibb sistem də büdrəyib, yetərindən artıq xəstə birbaşa xəstəxanaya yollanıb. Yoluxucu xəstəliklərin müalicəsində cüzi təcrübəsi olan personal və qoruyucu vasitələrin xroniki çatışmazlığı problemi daha da ağırlaşdırıb. Hazırda xəstəxanalarla əlaqəli 400 COVID-19 qaynar nöqtəsi var və minlərlə həkim virusa yoluxub.

Qeyri-rəsmi siyahıda tibb işçiləri arasında 220-dən çox ölüm hadisəsi qeydə alınıb ki, bu da ümumi ölüm hallarına görə, əksər ölkələrə nisbətən daha yüksəkdir.

Hətta infeksiyaya yoluxmayanlar gərginliyin altında çırpınırlar. Bəzi tibb bacıları xəstəxanadan bayıra çıxıblar. Son həftələrdə 3 həkim (2-i iş şəraitindən şikayətləndikdən sonra) bəlli olmayan səbəbdən xəstəxana pəncərələrindən yerə yıxılıb.

Putinin islahatlarının ən böyük uğursuzluğu – Rusiyanın bölgələrinə etinasızlıqdır.

Kosmopolit Moskva virusdan ən çox əziyyət çəksə də, yüksək keyfiyyətli koronavirus xəstəxanası olan “Kommunarka” və digər əla imkanlara malikdir. Təbii sərvət hasilatı şirkətləri ilə əlaqəli böyük şəhər mərkəzləri və forpostlardan başqa, ölkənin qalan hissəsi az təchiz olunub. İslahatların natamamlığının əsl ağrısı – əhalisinin sürətlə azaldığı Rusiyanın ucqar yerlərində hiss olunub.

2016-cı ildə parlament deputatlarına bildirilib ki, 130 min kənd yaşayış məntəqəsinin yarısı tibbi yardımdan məhrumdur. Rusiyada epidemiya yayılmağa başladıqda, 42 min havalandırma qurğusu var idi, – bu İngiltərənin tədarükündən bir neçə dəfə çoxdur, – ancaq onların dörddə biri Moskvadadır.

Yerli vəziyyəti pərdələmək üçün Putinin təyin etdiyi bölgə qubernatorları çətinlik çəkirlər. Uzaq şimalda, Komidə yoluxmaların kəskin artımı durumun nə qədər pis olduğunu göstərib. Aprel ayının əvvəllərində bir həkim xəstə vəziyyətdə işləməyə davam edərək, onlarla adamı yoluxdurub. Bu seyrək əhalisi olan vilayət qısa müddətdə virusdan ən çox təsirlənənlərdən biri olub.

Böyük Yekaterinburq şəhərində, başqa bir xəstəxanada həkim 78 yoluxmanın baiskarıdır. Kasıb Dağıstan qaynar nöqtələrdən biridir.

Rəsmilər bu həftə Putinə vəziyyətini “çox çətin” olduğu barədə məlumat veriblər.

Ümid əlamətləri var. Rusiyanın test rejimi xeyli yaxşılaşıb. Rəsmi ölüm rəqəmləri əsl mənzərəni göstərmir, lakin Moskvada keçən ay normadan 18% çox ölüm hadisəsi qeydə alınıb. Xəstəliyin sıçrayış dövründə Nyu-Yorkda ölüm hallarının sayı bundan dörd dəfə çox olub. Rusiyada isə əhalisinin təxminən yarısı digər sağlamlıq problemlərindən əziyyət çəkir.

Buna baxmayaraq, gələcək qaranlıq görünür. Rusiyanın builki tənəzzülü sovet dövrünün sonundan bəri ən pisi olacaq, çünki təcridləmə vaxtı neftin qiymətinin enişi ilə üst-üstə düşür. Sıravi rusların sağlamlığına investisiya qoyuluşu prioritet olmayacaq.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam